Neyləsin

Dostum İmran Həsənovun əziz xatirəsinə
Getdin haqq yerinə, haqsız dünyadan,
Qarası çoxalmış, ağsız dünyadan,
Çiçəyi talanmış, bağsız dünyadan,
Bağban neyləsin?
Neyləsin

Dostum İmran Həsənovun əziz xatirəsinə
Getdin haqq yerinə, haqsız dünyadan,
Qarası çoxalmış, ağsız dünyadan,
Çiçəyi talanmış, bağsız dünyadan,
Bağban neyləsin?

Əzəldən ürəyi, zərif, yuxaydın,
Hamıya Tanrıdan verilən paydın.
Səsini nəğmətək ellərə yaydın
Bu can neyləsin?

Əlindən qurtulan bir iş olmadı,
Dincəlmək səninçün vərdiş olmadı.
Yaşın heç altmış beş, yetmiş olmadı,
Zaman neyləsin?

Qaldın duyanların incə hissində,
Dəymədin qəlbinə sən bir kəsin də.
Əbədi yer tutdu düzlük səsində.
Yanan neyləsin?

Mövludun qəlbində yerin göründü,
Səni axtaranda qəbrin göründü.
Allah, duaçınam, səbrin göründü,
İman neyləsin?
Mövlud Teymur

Şərh Yaz