Ümumxalq sevgisinə çevrilən qayğı

Heydər Əliyev Fondu zəngin Azərbaycan musiqisinin ən böyük qayğıkeşi, hamisi və alovlu təbliğatçısıdır.

Bu fikirlər YAP İsmayıllı rayon təşklatının İncəsənət məktəbi ilk partiya təşkilatı və məktəb kollektivinin 18 sentyabr Üzeyir Musiqisi Günü münasibətilə birgə keçirdiyi tədbirdə səsələndirilib.
Ümumxalq sevgisinə çevrilən qayğıÜmumxalq sevgisinə çevrilən qayğı

Heydər Əliyev Fondu zəngin Azərbaycan musiqisinin ən böyük qayğıkeşi, hamisi və alovlu təbliğatçısıdır.
Ümumxalq sevgisinə çevrilən qayğı
Bu fikirlər YAP İsmayıllı rayon təşklatının İncəsənət məktəbi ilk partiya təşkilatı və məktəb kollektivinin 18 sentyabr Üzeyir Musiqisi Günü münasibətilə birgə keçirdiyi tədbirdə səsələndirilib.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O qeyd edib ki, Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan musiqisi və incəsənətinin inkişafına, bu sahədə istedadlı vətən övladlarının əməyinə daim yüksək qayğı və diqqət göstərilib. Son 10 ildə isə bu ənənə böyük uğurlar və yeni-yeni çalarlarla prezident İlham Əliyev və onun ömür-gün yoldaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən davam etdirilir.
Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin ölkə miqysında inkişafı və dünyada təbliği, Azərbaycanın milli musiqi irsinin qorunub saxlanması, dünya musiqi incilərinin Azərbaycanda tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur.
Ə.Vahabova qeyd edib ki, əsası 1995-ci ildə Ulu öndər tərəfindən qoyulmuş 18 sentyabr Üzeyir Musiqi Günü ölkəmizdə hər il böyük təntənə ilə qeyd olunur. Bu şərəfə 2009-cu ildən başlayaraq dünyanın məşhur musiqi ifaçılarının iştirakı ilə Beynəlxalq Musiqi festivalları keçirilir.
Daha sonra İsmayıllı Uşaq İncəsənət Məktəbinin direktoru Elşən Süleymanov, müəllimlərdən Ceyran Ağayeva, Jalə Qədirova, Zərifə Novruzova, Şəfa Əhmədova, Dilşad Bədəlova, Xuraman Aslanova, Nazim Aydınov və başqaları çıxış edərək bu gün milli musiqimizin dünyada tanıdılması istiqamətində həyata keçirilən çoxsaylı uğurlu layihələrə çox sevindiklərini bildiriblər. Çıxışlarda Ulu öndərin adını şərəflə daşıyan Fondun bu sahədəki çoxşaxəli fəaliyyəti Azərbaycanın musiqi ictimaiyyətində böyük ruh yüksəkliyi yaratdığı, dərin minnətdarlıqla qarşılandığı, illər ötdükcə musiqi tariximizin unudulmaz şanlı səhifələrinə həkk olunduğu, ümumxalq sevgisinə çevrildiyi vurğulanıb.
R.Qasımov

Şərh Yaz