Oxucumuzun yaradıcılığından

Qırğı yüksək təpəlikdə, qayanın üzərində vüqarla ətrafı seyr edirdi. Bu gün uğurlu ov ovlamış, qarnını doyurmuşdu. Balası onun ətrafında dövrə vurub qarşısında yerə qondu. Ana qırğı:
-Nədi, ov edə bilmisən?
Oxucumuzun yaradıcılığından

Qırğı və balası
Qırğı yüksək təpəlikdə, qayanın üzərində vüqarla ətrafı seyr edirdi. Bu gün uğurlu ov ovlamış, qarnını doyurmuşdu. Balası onun ətrafında dövrə vurub qarşısında yerə qondu. Ana qırğı:
-Nədi, ov edə bilmisən?
Bala gözünü yayındırıb özünü toxtatdı.
– Hələ ki, yox, amma inan ki, məndən heç nə yan ötməz.
-Bala, bilirəm, qürurlusan. Amma ov etməzdən əvvəl hədəfini düzgün müəyyənləşdir.
Bu dəm qara bir nöqtə aydın səmada göründü. Bala göz qırpımında onun üstünə şığıdı və şappıltı ilə yerə düşdü.
Ana qırğı yaralanmış balasının yanına uçdu, qanadlarını çırpıb dedi: – Sənə dedim axı, hədəfni düzgün seç. Qürur heç nəyi həll etmir.

Aydın səma və uşaq
Yuxudan erkən duran uşaq yaxınlıqdakı təpənin üstünə çıxıb, əlinin arxası ilə yapıxmış kirpiklərini ovuşdururdu. Əlini belinə qoyub gərnəşdi, üfüqdən qalxan günəş ona gülümsədi, gözünü qamaşdırdı. Başını tam yuxarı qaldırıb aydın səmaya, qüruba doğru gedən aya baxdı. Üzündə xoş təbəssüm oyandı. Əlini qaşının üstünə aparıb: -Aydın səma! Aydın səma! – deyə səsləndi.
Aydın (səma) mehribanlıqla gülümsəyib: – Balaca dəcəl, nə istəyirsən? – deyə soruşdu.
Uşaq:
– Olar sizə bir neçə sual verim?
-Ver, niyə də olmasın?
– Günəş nə üçün lazımdı?
– Təbiəti isitmək üçün, əzizim.
– Bəs bulud?
– Təbiətə can vermək, onu diriltmək üçün.
– Onda ulduzlar, Ay nə üçün lazımdı?
– Bizə yaşadığımız məkandan başqa məkanların da olduğunu göstərmək üçün.
– Aaa… hər şey nə üçün isə lazım imiş.
– Bəli, əzizim.
– Mən nəyə lazımam bilmirəm axı. Görünür, nəyəsə lazım deyiləm – deyib könülsüzcəsinə başını aşağı saldı.
-Elə demə, əzizim. Sən çox lazımlısan. Suallarına cavab tapmaq, bizi dərk etmək, sevmək üçün lazımsan.
Turac Məmnun

Şərh Yaz