Prezidentə müraciət qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə Azərbaycan Ağsaqqallar Şurasının 10 sentyabr 2014-cü il tarixdə İsmayıllıda keçirdiyi regional yığıncaq iştirakçılarının
M ü r a c i ə t i
Möhtərəm cənab Prezident!
Biz -10 sentyabr 2014-cü il tarixdə Azərbaycan Ağsaqqallar Şurasının İsmayıllıda keçirdiyi regional yığıncağın iştirakçıları vətəndaş məsuliyyəti, ağsaqqal qüruru və azərbaycançılıqdan yaranan fəxarət hissi ilə bildiririk ki, ulu öndər Heydər Əliyevin böyük dəyər verdiyi bölgələrimizin çoxistiqamətli inkişafı üçün özümüzü səfərbər sıralarda görürük. Sizin beynəlxalq miqyasda təsdiq olunan siyasətinizin sədaqətli daşıyıcılarıyıq. Vətənimiz, milli taleyimiz, ölkəmizin yüksəlişi, torpaqlarımızın bütövləşməsi naminə rayonların rəhbərliyi, gənclər və ağsaqqallar arasında qüvvələr birliyi yaratmışıq, vahid mübarizə yolu müəyyənləşdirmişik. Ənənə və müasirliyi vəhdətdə götürərək gənclərin mənəvi, vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsində daha fəal iştirak edirik. Onların ordu sıralarına hazırlanmasını ümdə borcumuz bilir, bu sahəyə dövləti yanaşmanı ictimai fəaliyyətimizin əsasında görürük.

Sizin Azərbaycana rəhbərlikdə fəth etdiyiniz bənzərsiz zirvələrdən sevinərək fərəhlə bildiririk ki, Respublikada yaratdığınız saf mənəvi mühitin nəticəsi olaraq ağsaqqalların təcrübəsi ilə gənclərin qüvvəsi rayon rəhbərləri tərəfindən sosial-iqtisadi inkişaf istiqamətinə yönəldilir. Yetişən nəslin tərbiyəsində milli-mənəvi-dini dəyərlər, ideoloji işdə ümummilli liderimiz Heydər Əliyevin irsi, keçdiyi həyat yolu, qlobal siyasi fəaliyyətiniz əsas götürülür. Bütün Respublikamızda olduğu kimi, Ağdaş,Ucar, Göyçay, Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ və Oğuz rayonlarında ictimaiyyət nümayəndələri ilə görüşləriniz zamanı Siz bu keyfiyyətlərin şahidi olmusunuz.
Ağsaqqalların regional yığıncağında bir-birimizlə fikir mübadiləsi apararaq, çıxış və nitqləri dinləyərək qərara gəldik ki, bundan sonrakı fəaliyyətimiz daha genişmiqyaslı olmalıdır. Bütün nəsillərin qüvvəsi birləşərək Sizin hər bir bölgənin inkişafı və yüksəlişi üçün verdiyiniz sərəncam, tapşırıq və tövsiyələrin icrasına yönəlməlidir. Azərbaycan tarixinin Heydər Əliyev epoxasında fəallığı ilə tanınmış kadrların təcrübəsindən daha səmərəli istifadə olunmalıdır. Yaşından, ictimai və siyasi mövqeyindən asılı olmayaraq hər birimizin əqli, elmi və təcrübə potensialı ölkəmizin iqtisadi, hərbi, siyasi qüdrətinin artırılmasına yönəlməlidir.
Möhtərəm cənab Prezident!
Haqqın dərgahında müqəddəslər məqamında olan Ulu öndərin ruhunun hakim kəsildiyi ölkənin vətəndaşı olmaq şərəfini yaşayaraq, Sizin və Azərbaycan dövlətinin qarşısında məsuliyyət daşıdığımızı dərindən dərk edərək bəyan edirik ki, bundan sonra da vətənimiz, xalqımız, millətimiz naminə var qüvvəmizlə çalışacaq, yetişən nəsillərin yüksəliş yollarında inamla irəliləməsinin təminatçısı olacağıq.
Uca şəxsiyyətinizə dərin hörmət və böyük ehtiramla : Azərbaycan Ağsaqqallar Şurasının İsmayıllıda
keçirilən regional yığıncağının iştirakçıları.
10 sentyabr 2014-cü il

Şərh Yaz