Yaddas kitabcasi

Şura iclası keçirilib

Avqust ayının 29-da Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclası keçirilib.
İclası giriş sözü ilə açan RİH başçısı Mirdaməd Sadıqov ölkədə və rayonda gedən sürətli inkişafdan danışıb. Gündəlikdə yer alan məsələlərin rayonun sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Şura iclası keçirilib
Şura iclası keçirilib

Avqust ayının 29-da Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclası keçirilib.
İclası giriş sözü ilə açan RİH başçısı Mirdaməd Sadıqov ölkədə və rayonda gedən sürətli inkişafdan danışıb. Gündəlikdə yer alan məsələlərin rayonun sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Şura iclası keçirilib
Gündəlikdə duran “Azərbaycan Respublikası Maliyyə Nazirliyi Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsinin İsmayıllı rayonu üzrə yerli xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi vəziyyətinin yoxlanmasının nəticələrinin müzakirəsi barədə” İsmayıllı RİH başçısının birinci müavini Rövşən Ağayev, “Rayon ərazisində sanitar-epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin və əhalinin sağlamlığının qorunması vəziyyəti, qarşıda duran vəzifələr barədə” RİH başçısının müavini Sevil Əhmədova, “Pensiyaların ödənilməsi və sığorta edənlərdən məcburi dövlət sosial-sığorta haqlarının toplanması vəziyyəti, əhaliyə ödənişlərin çatdırılmasının yaxşılaşdırılması barədə DSMF İsmayıllı rayon şöbəsinin müdiri Kamran Muradovun hesabatı haqqında” RİH başçısının müavini Mahmud Süleymanov, “Vətəndaşların həqiqi hərbi xidmətə çağırışı və onların yola salınması kompaniyalarının mütəşəkkil keçirilməsini təmin etmək məqsədi ilə İƏD üzrə nümayəndəliklərin gördüyü işlər və qarşıda duran vəzifələr haqqında” RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, “Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə uyğun olaraq məlumatlandırma icraatının aparılma vəziyyəti barədə” RİH-nin hüquq şöbəsinin müdiri Xətai Abbasov, “Regionların İnkişafının Analitik İnformasiya Sisteminə ötürülən şablon formalar üzrə cari ilin 6 aylıq məlumatların əvvəlki illərin müvafiq dövrü ilə müqayisə edilməsi və aparılan təhlilin nəticələrinin müzakirə edilməsi barədə” RİH-nin informasiya təminatı və təhlili sektorunun müdiri Rəvan İsgəndərli məruzə edib.
Məruzələrdən sonra müzakirələr başlanıb. Şura məsələlərinin təhlilindən sonra qərar layihələri qəbul edilib və idarə, müəssisə, təşkilat rəhbərlərinə tapşırıqlar verilib.
“İsmayıllıxəbərləri”

Şərh Yaz