2014-cü il məzunlarına İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun təbriki

Əziz tələbələr, dəyərli vətən övladları, Azərbaycanın mirvarisi sayılan İsmayıllının tam orta məktəblərinin 2014-cü il məzunları!
Sizi ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamağınız, dərin bilik, yüksək iradə, məqsədə doğru irəliləməkdə dəyanət nümayiş etdirərək, şərəfli tələbə adını qazanmağınız münasibətilə ürəkdən təbrik edirəm. Ümummilli liderimiz Heydər Əliyevin əbədi müstəqil etdiyi Azərbaycanın daha xoşbəxt sabahını yaşamaqda, seçdiyiniz ixtisasa mükəmməl yiyələnməkdə, əsil vətənsevər ziyalı olmaqda Sizə bənzərsiz uğurlar, möhkəm can sağlığı arzulayıram.
Ali məktəblərə qəbul zamanı yüksək bal toplamış rayonun tam orta məktəblərinin 2014-cü il məzunlarına İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun təbriki

Əziz tələbələr, dəyərli vətən övladları, Azərbaycanın mirvarisi sayılan İsmayıllının tam orta məktəblərinin 2014-cü il məzunları!
Sizi ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamağınız, dərin bilik, yüksək iradə, məqsədə doğru irəliləməkdə dəyanət nümayiş etdirərək, şərəfli tələbə adını qazanmağınız münasibətilə ürəkdən təbrik edirəm. Ümummilli liderimiz Heydər Əliyevin əbədi müstəqil etdiyi Azərbaycanın daha xoşbəxt sabahını yaşamaqda, seçdiyiniz ixtisasa mükəmməl yiyələnməkdə, əsil vətənsevər ziyalı olmaqda Sizə bənzərsiz uğurlar, möhkəm can sağlığı arzulayıram.
Ümid edirəm ki, Siz seçdiyiniz ixtisas üzrə magistr pilləsini başa vurduqdan, elmi tutumlu sahələrin mütəxəssisi kimi yetişdikdən sonra aldığınız nəzəri bilikləri öz doğma bölgənizdə təcrübədə tətbiq etməyə üstünlük verəcəksiniz. Yadda saxlayın ki, rayonumuzun sosial-iqtisadi inkişafının, mədəni həyatının, təhsilinin, kənd təsərrüfatının müasir düşüncəli, yenilik ruhlu, dərin bilikli mütəxəssislərə ehtiyacı çox-çoxdur. İsmayıllı bizim ümumi evimizdir. Bu evin abad olması, bu ailənin hər bir üzvünün zəngin yaşaması bundan sonrakı mərhələdə daha çox sizdən asılı olacaqdır. İnanıram ki, İsmayıllı sakini olmaq məsuliyyətini daha dərindən dərk edəcək, rayonun sosial-iqtisadi inkişafında sizə aid olan yeri və ehtiyacı yaxşı görəcək, yaxşı da dəyərləndirəcəksiniz.
Bir daha sizi təbrik edir, valideynlərinizə və müəllimlərinizə təşəkkür edir, onlara “Gözünüz aydın!” deyirik. Azərbaycanımızın zəfərli yüksəliş yolunda hamınıza uğurlar arzulayıram.
Mirdaməd Sadıqov,
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, professor, Əməkdar elm xadimi

Şərh Yaz