Yaddas kitabcasi

Yeni məktəb istifadəyə verilib

İsmayıllının Qalıncaq tam orta məktəbinin kollektivi və məktəbliləri yeni tədris ilini yeni məktəbdə qeyd edəcəklər. Kənddə 360 şagird yerlik məktəb istifadəyə verilib.
Məktəbin açılış mərasimində çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonda təhsilin inkişafı, ümumtəhsil müəssisələrində müasir tədris şəraitinin yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Bildirib ki, əvvəlki illərlə müqayisədə bu il İsmayıllıdan olan abituriyentlər daha yüksək nəticələr göstəriblər.

Yeni məktəb istifadəyə verilibYeni məktəb istifadəyə verilib

Millət vəkili Novruzəli Aslanov, Təhsil nazirinin müavini Firudun Qurbanov çıxış edərək istifadəyə verilən məktəbi inkişafda olan Azərbaycanın gənc nəslə töhfəsi kimi dəyərləndiriblər. Onların belə müasir məktəbdə daha yüksək uğurlar əldə edəcəklərinə ümidvar olduqlarını bildiriblər. Cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu vurğulayıb, yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıblar.
Qalınçaq kənd tam orta məktəbini Qızıl medalla bitirən Şamil İsgəndərov gənclərə göstərilən dövlət qayğısından razılıq edib, yeni məktəbdə şagirdlərin onun göstərdiyi uğurları təkrarlayacaqlarına ümidvar olduğunu qeyd edib.
Kənd ağsaqqallarından Bilal Əliyev və Allahverən Vəliyev kəndə, onun sakinlərinə göstərilən diqqət və qayğıya görə dövlət rəhbərinə minnətdarlıq ediblər.
Tədbirdə ən yaxşı müəllim və şagirdlər Fəxri fərmanlarla təltif olunub. Daha sonra məktəbə, sinif otaqlarına baxış keçirilib. Məktəbdə sinif otaqları ilə yanaşı, kitabxana, müəllimlər və kompüter otaqları, idman və akt zalları şagird və müəllimlərin ixtiyarına verilib. Məktəbin həyətində idman meydançası, içməli su və transformator yarımstansiyasının quraşdırılması da nəzərdə tutulur.
Baxış zamanı qısa müddətdə məktəb tikintisinin keyfiyyətlə aparıldığı qeyd edilib.
Ş.Soltanov

Şərh Yaz