Regional yığıncaq

Sentyabrın 10-da rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Ağsaqqallar Şurasının İsmayıllı RİH ilə birgə “İctimai-siyasi həyatda ağsaqqalların rolu” mövzusunda regional yığıncağı keçirilmişdir. Qonaqlar ilk öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyaraq ona ehtiramlarını bildirmişlər.
Regional yığıncaqRegional yığıncaq

Sentyabrın 10-da rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Ağsaqqallar Şurasının İsmayıllı RİH ilə birgə “İctimai-siyasi həyatda ağsaqqalların rolu” mövzusunda regional yığıncağı keçirilmişdir. Qonaqlar ilk öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyaraq ona ehtiramlarını bildirmişlər.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov giriş sözü ilə tədbir iştirakçılarını salamladı və bu cür görüşlərin əhəmiyyətindən söz açdı. O, qeyd etdi ki, bu cür görüşlərin keçirilməsi ənənə halını almışdır. Natiq ulu öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafındakı rolundan geniş danışdı. Heydər Əliyevin irsinin gənclər tərəfindən dərindən öyrənməsi məsələsi önə çəkildi. Bu işdə ağsaqqalların rolu çox yüksək olmalıdır. Bugünkü toplantımızın məqsədi də məhz bundan ibarətdir. Prezident İlham Əliyev Ulu öndərin siyasətini və ölkənin iqtisadi inkişafını onun qoyub getdiyi yolla irəli aparır. Ağsaqqallar bunu gənclərə başa salmalıdırlar. Natiq ölkəmizin beynəlxalq nüfuzunun getdikcə artmasını, iqtisadiyyatın tərəqqi etməsini xüsusi vurğuladı. Bu işdə ölkə prezidentinin gərgin əməyini qeyd etdi və ona təşəkkürünü bildirdi.
Regional yığıncaq
İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov çıxışına tədbir iştirakçılarını salamlamaqla başladı və hamıya xoş gəlmisiz dedi. O, qeyd etdi ki, ağsaqqalların gördükləri, onların həyat yolu, təcrübələri gənclər üçün örnəkdir. Gənclərin bütün bunlardan faydalanmaları onların qarşısında duran ən ümdə vəzifələrdəndir. Hər bir gənc öndərin keçdiyi bu yolu öyrənməli, xalqına onun kimi qulluq etməlidir. Sonda başçı ölkə prezidentinə və belə tədbirin təşkilinə görə respublika Ağsaqqallar Şurasının sədrinə təşəkkür etdi.
İsmayıllı rayon Ağsaqqallar Şurasının sədri İnqilab Həsənov və rayon gəncləri adından Azərbaycan Pedaqoji Universitetinin bu ilki məzunu Qönçə Ağazadə çıxış etdilər. Gənc mütəxəssis xüsusilə vurğuladı ki, ağsaqqallar bizə yaxşı örnəkdilər. Axı bugünkü ağsaqqal keçmişin gənci, bugünkü gənc isə sabahın ağsaqqalıdır. Gənc qızın qısa çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Onu da qeyd edək ki, bu tədbirdə ətrafdakı 8 rayonun həm ağsaqqallardan, həm də gənclərdən ibarət nümayəndələri iştirak edirdilər. Qəbələ, Göyçay, Oğuz, Ağdaş,Qobustan, Ucar, Ağsu və Şamaxı rayonlarından gəlmiş nümayəndələr çıxış etmişlər. Bu görüş həm də təcrübə mübadiləsi kimi dəyərli idi. Çıxışlar zamanı hərə öz işindən söhbət açdı və hamı da etiraf etdi ki, (həm ağsaqqalar, həm də gənclər) bu görüşdən xeyli şey öyrəndi.
Regional yığıncaq
Tədbirdə iştirak edən akademik Teymur Bünyatov və həmçinin professor Südeyif İmaməliyev Heydər Əliyevin idarəçiliyi dövründə Azərbaycanın inkişafından maraqlı faktlar gətirdilər. Hər iki alim gənclərə tövsiyə etdi ki, Ulu öndərin həyat yolunu öyrənsinlər və fəaliyyətlərinə tətbiq etsinlər.
Azərbaycan Ağsaqqallar Şurası bəzi rayonların Ağsaqqallar Şurası sədrlərini Fəxri fərmanlarla mükafatlandırmışdır. Bunların arasında İsmayıllı Ağsaqqallar Şurasının sədri İnqilab Həsənov da var. Fəxri fərmanları millət vəkili Fəttah Heydərov təqdim etmişlər.
Həmyerlimiz, ikinci dünya müharibəsi veteranı Niyaz Ağayev Belarusiya uğrunda döyüşlərdə iştirak etmişdir. Buna görə də Belarusiya dövləti onu ölkənin alman faşizmindən azad edilməsinin 70 illiyi münasibəti ilə təsis edilmiş medalla təltif etmişdir. Medal sahibinə təqdim edilmişdir.
Regional toplantı iştirakçıları ölkə prezidenti İlham Əliyevə müraciət qəbul etmişdir. Müraciət alqışlarla qarşılanmışdır.
Azərbaycan Respublikası Prezident aparatının nümayəndəsi Rasim Mirzəyev çıxış edərək tədbiri yekunlaşdırmışdır.
İsmayıllı RİH başçısı M.Sadıqov tədbir iştirakçılarına təşəkkürünü bildirmiş və qonaqları çay süfrəsinə dəvət etmişdir.
Milli geyimdə olan bir qrup bağça uşağı qonaqları şeirlə salamlamışdır.
B.Babayev

Şərh Yaz