Yaddas kitabcasi

Artezian quyusu istifadəyə verilib

İsmayıllı rayonunda 2700 nəfərə yaxın əhalinin yaşadığı Hacıhətəmli kəndinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bu məqsədlə quraşdırılan ESVE-06 markalı su nasosunun açılışında kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov kənd sakinlərini bu münasibətlə təbrik edib. Son dövrlər rayonda aparılan infrastruktur dəyişiklikləri haqqında məlumat verib. Sakinlər də öz növbəsində görülən işlərdən razılıq ediblər. Artezian quyusu istifadəyə verilib

İsmayıllı rayonunda 2700 nəfərə yaxın əhalinin yaşadığı Hacıhətəmli kəndinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bu məqsədlə quraşdırılan ESVE-06 markalı su nasosunun açılışında kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov kənd sakinlərini bu münasibətlə təbrik edib. Son dövrlər rayonda aparılan infrastruktur dəyişiklikləri haqqında məlumat verib. Sakinlər də öz növbəsində görülən işlərdən razılıq ediblər.
Qeyd edək ki, istifadəyə verilən su quyusunun dərinliyi 190 metrdir. Suyun davamlı surətdə verilməsini təmin etmək məqsədi ilə 25-10 kilovatlıq transformator quraşdırılıb. Nasos saatda 16 ton suvurma gücünə malikdir.

“İsmayıllı xəbərləri”

Şərh Yaz