Gələcəyə baxış

9 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Xəzər Gələcək Naminə Tərəfdaşlıq ictimai birliyi tərəfindən “Azərbaycan 2020: Gələcəyə baxış konsepsiyası və Azərbaycan Respublikasının vətəndaşlarının sosial-iqtisadi durumunun perspektivləri” layihəsi çərçivəsində tədbir keçirilib.
Gələcəyə baxışGələcəyə baxış

9 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Xəzər Gələcək Naminə Tərəfdaşlıq ictimai birliyi tərəfindən “Azərbaycan 2020: Gələcəyə baxış konsepsiyası və Azərbaycan Respublikasının vətəndaşlarının sosial-iqtisadi durumunun perspektivləri” layihəsi çərçivəsində tədbir keçirilib.
İqtisad elmləri doktoru, professor Çingiz İsmayılov layihə haqqında geniş məlumat verib. O, bildirib ki, layihənin məqsədi ölkəmizdə iqtisadi sahədə inkişaf, qanunun aliliyinin mütləq olduğunu əyani vasitələrlə əhaliyə anlatmaq, insan hüquq və azadlıqlarının mahiyyətini geniş əhali kütləsinə çatdırmaq, Azərbaycanın demokratik dövlət olduğunu və bu yolda inkişaf etdiyini əyani vasitələrlə sübut etmək və bu statusun qorunub saxlanmasına xidmət edən təbliğatın qurulması, Azərbaycan Respublikasında təhsilin mütərəqqi meyarlarını maraqlı əhali qruplarına izah etmək və bu işdə onların iştirakını təmin edəcək təbliğatın qurulması, dünya demokratiya institutlarının Azərbaycanda daha da inkişaf etdirilməsi, Azərbaycan Respublikasının gənclər siyasətinin yüksək səviyyəyə çatdırılması, onların mövcud problemlərinin aradan qaldırılması yollarının təbliğ olunması, dövlət qurumlarının və xüsusi şirkətlərin Azərbaycan Respublikasında yoxsulluqla mübarizə işinin inkişaf etdirilməsinə yönəlmiş izahat işinin aparılması, Azərbaycan Respublikasında aparılan ekoloji siyasət standartlarının dünya ekoloji standartları səviyyəsinə qaldırılması məqsədilə dövlət qurumlarının əhalinin qarşısında duran vəzifələrin izah edilməsi və digər bu kimi problemlərin qarşısının alınması yolunda mühüm addımların atılmasından ibarətdir.
Gələcəyə baxış
Tədbirdə çıxış edən Hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov konsepsiya haqqında məlumatı tədbir iştirakçılarına çatdırıb. Konsepsiyanın başlıca strateji məqsədinin mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların hüquq və azadlıqlarının təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə çatmalı olduğunu diqqətə çatdırıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov layihənin əhəmiyyətini qeyd edərək, ölkəmizdə vətəndaş cəmiyyətinin rolundan danışıb. Həmçinin, rayonun sosial-iqtisadi inkişafı, burada aparılan abadlıq-quruculuq işləri haqqında məlumat verib.
İsmayıllı sakinlərinin konsepsiya ilə bağlı maarifləndirilməsinin əhəmiyyəti vurğulanıb. Tədbir maraqlı müzakirələr şəklində davam edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz