Cəmiyyətin tərəqqisində təhsilin rolu


Sentyabr ayının 8-də İsmayıllı Rayon Gənclər Mərkəzinin iclas zalında təhsil işçilərinin 2013-2014-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrə həsr olunan konfrans keçirilib.
Tədbirdən öncə xalqın böyük xilaskarı Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ehtiramla yad edilib, abidə önünə tər güllər düzülüb.
Foyedə şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edilib.

Cəmiyyətin tərəqqisində təhsilin roluCəmiyyətin tərəqqisində təhsilin rolu

Sentyabr ayının 8-də İsmayıllı Rayon Gənclər Mərkəzinin iclas zalında təhsil işçilərinin 2013-2014-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrə həsr olunan konfrans keçirilib.
Tədbirdən öncə xalqın böyük xilaskarı Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ehtiramla yad edilib, abidə önünə tər güllər düzülüb.
Foyedə şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edilib.
Konfransda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Təhsil nazirinin müavini Firudin Qurbanov, həmçinin rayonun idarə, təşkilat və müəssisə rəhbərləri, icra və bələdiyyə nümayəndələri, təhsildə yüksək nailiyyətlər qazanmış müəllim və şagirdlər iştirak edib.
Cəmiyyətin tərəqqisində təhsilin rolu
İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov konfransı açıq elan edib. RTŞ-nın müdiri rayonun ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaxşılaşdırılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, bildirib ki, rayonda 46 tam orta, 22 ümumi orta, 13 ibtidai məktəb fəaliyyət göstərir, bu məktəblərdə 11432 nəfər şagird təhsil alır. Əvvəlki illərlə müqayisədə bu il İsmayıllıdan olan abituriyentlərin göstəricilərinin yüksək olduğunu deyən R.Orucov, bunu ölkə rəhbərinin təhsilə göstərdiyi diqqət və qayğıyla əlaqələndirib. Bu il abituriyentlərdən 280 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunaraq tələbə adını qazanıb, onlardan 20 nəfəri 600-dən çox, 51 nəfəri 500-dən çox bal toplayıb, 4 məzun isə təhsildə qazandığı uğurlara görə qızıl medala layiq görülüb.
Cəmiyyətin tərəqqisində təhsilin rolu
Konfransda çıxış edən RİH başçısı Mirdaməd Sadıqov ulu öndər Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına daim böyük önəm verdiyini və bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinə daim diqqət və qayğı göstərdiyi qeyd olunub. Bütün göstəricilər üzrə yüksək nəticələrin əldə olunmasını təhsilin keyfiyyətinin yüksəlməsi istiqamətində görülən işlərin nəticəsi kimi dəyərləndirən icra başçısı bu uğurun qazanılmasında əməyi olan şagird və müəllimləri təbrik edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov İsmayıllının yüksək templə inkişaf etdiyini, təhsildə hər zaman öndə olduğunu deyib. Cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu vurğulayan nazir müavini, yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıb.
Konfransda Talıstan kənd tam orta məktəbinin direktoru Aydın Əzizov, şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Aytəkin Əhmədova, şəhər 3 nömrəli tam orta məktəbinin məzunu, magistratura imtahanlarında ən yüksək nəticə göstərərək I olan Şəhla Səmədli, gənc müəllim Aysel Qədirova, şəhər 4 nömrəli tam orta məktəbinin məzunu, İsmayıllıdan qəbul imtahanlarından ən yüksək bal toplayan Qəmər Qüdrətli, şəhər 5 nömrəli tam orta məktəbinin direktor müavini Şahin Gənciyev, şəhər 3 nömrəli tam orta məktəbinin direktoru Əhmədağa Ələkbərov, İvanovka kənd tam orta məktəbinin direktoru Mixayıl Uryupin, Cülyan kənd tam orta məktəbinin müəllimi Şərafət Bayramov, şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Şamxal İsmayılzadə çıxış edərək fikir və təkliflərini diqqətə çatdırıblar.
Sonda 2013-2014-cü tədris ilində fərqlənən bir qrup müəllimə RİH-nin Fəxri fərmanı təqdim edilib.
Çinarə Bəhərçinli

Müəllimin əvəzsiz rolu var

İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbinin məzunu, qəbul imtahanlarında ən yüksək bal toplayaraq rayon birincisi olan Qəmər Qüdrətlinin Təhsil konfransındakı çıxışı:
Cəmiyyətin tərəqqisində təhsilin rolu
Hörmətli konfrans iştirakçıları, bu il orta məktəbi bitirmiş məzunlar adından hər birinizi salamlayıram. O məzunlardan biri kimi, bu kürsüdən çıxış etmək şərəfinə nail olduğum üçün çox xoşbəxtəm. Məni bu kürsüyə gətirən çox çətin, enişli-yoxuşlu bir yolun sonunda qazandığım qələbəm oldu. O qələbəm ki, ali məktəblərə qəbul imtahanlarında 4-cü qrup üzrə 683 bal topladım və rayon birincisi oldum.
Hələ uşaqlıqdan həkim olmaq arzusunda idim. Çünki mən həkim ailəsində böyüyürdüm. Həkim olmağı qarşıma məqsəd qoydum və bu məqsədi özümə hədəf seçdim. Bu hədəfə qovuşmağımın səbəblərindən biri həkimliyə bütün varlığımla bağlanmağım idi. Bilirdim ki, bu arzuya çatmaq üçün gecə-gündüz yorulmadan çalışmalıyam. Çalışdım və məqsədimə nail odlum.
Lakin həkimlik sənətinə nə qədər vurğun olsam da həmişə müəllimlik sənətini yüksək qiymətləndirmiş, zirvələrdə görmüşəm. Çünki vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq hər bir insanın cəmiyyətdə mükəmməl şəxsiyyət kimi formalaşmasında müəllimin əvəzsiz rolu var. Qazandığımız irili-xırdalı hər bir qələbəmiz üçün müəllimlərə borcluyuq.
Dövlətimiz hər bir vətəndaşın təhsil almasına atalıq qayğısı ilə yanaşır. Əsaslı təmirdən çıxmış məktəblərimiz hər cür avadanlıqla təmin olunmuşdur. Bu hələ də respublikamızın hətta ucqar kəndlərində də davam edir. Bu da ölkəmizdə təhsilə verilən qiymətin göstəricisidir. TQDK-nın keçirdiyi sınaqlar və qəbul imtahanında şəffaflıq gördük və inandıq ki, mükəmməl elmə sahib olan gənclər istədiyinə hər zaman nail ola bilərlər.
Fürsətdən istifadə edərək 1-ci sinifdən 11-ci sinfə qədər bizə dərs demiş, yolumuzda ömrünü şam kimi əridən, saçını dən-dən ağardan müəllimlərimizə təşəkkürümü bildirir, onlara uzun ömür, can sağlığı arzulayıram. Bu kürsüdən bütün İsmayıllı gəncləri adından cənab prezidentimiz İlham Əliyevə, Təhsil nazirimiz Mikayıl Cabbarova, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova və İsmayıllının təhsil işçilərinə böyük minnətdarlığımı bildirirəm, əmin edirəm ki, bizə göstərilən qayğının və diqqətin müqabilində ölkəmizin çiçəklənməsi, inkişaf etməsi üçün əməli işlərimizlə cavab verəcək, doğma torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparacağıq.

Şərh Yaz