Erkən nikaha yox deyək

4 sentyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində “Sağlam həyat naminə erkən nikaha yox deyək” adlı genişmiqyaslı tədbir keçirilib.
Tədbiri İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açaraq tədbirin əhəmiyyətindən və erkən nikahın fəsadlarından danışıb.

Erkən nikaha yox deyəkErkən nikaha yox deyək

4 sentyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində “Sağlam həyat naminə erkən nikaha yox deyək” adlı genişmiqyaslı tədbir keçirilib.
Tədbiri İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açaraq tədbirin əhəmiyyətindən və erkən nikahın fəsadlarından danışıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva layihənin əsas məqsədinin erkən nikah hallarının yaratdığı fəsadlar haqqında cəmiyyətin müxtəlif təbəqələrinin məlumatlandırılması və respublikamızda erkən nikah hallarının qarşısının alınması olduğunu deyib. Tədbir iştirakçılarını Respublikamızda nikah, boşanma, erkən nikah halları ilə bağlı statistik göstəricilər və qanunvericilikdə nəzərdə tutulan müddəalarla tanış edib. Ölkədə erkən nikah hallarının qarşısının alınması məqsədilə aparılan uğurlu siyasətdən, Komitənin bu istiqamətdə paytaxtda və regionlarda həyata keçirdiyi tədbirlərdən danışıb.
Komitənin ailə problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov layihənin təqdimatını edib.
Erkən nikaha yox deyək
RİH-nin hüquq şöbəsinin müdiri Xətai Abbasov qanunvericilikdə olan cəzalar haqqında məlumat verib. Bildirib ki, cinayət məcəlləsinin 176-1 maddəsinə əsasən qadını nikaha daxil olmağa məcbur etməyə görə 2 min manatdan 3 min manatadək cərimə və ya 2 il müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni əməllər nikah yaşına, yəni 18 yaşa çatmayan şəxs barəsində törədildikdə 276-1.2 maddəsinə görə 3 min manatdan 4 min manatadək cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva erkən nikah hallarına qarşı bütün aidiyyəti qurumların birgə fəaliyyətinin önəmindən danışıb.
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aftandil Rəhimov, İsmayıllı Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyanın baş inspektoru Əbülfət Yarıyev, RİH-nin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Gülər Baxışova erkən nikahın fəsadları, bunlarla mübarizə aparmağın yollarından danışıblar.
Sonda A.Sofiyeva İsmayıllı Rayon İcra Hakimiyyətinə bu cür tədbirlərin təşkilatçılığında göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Ülkər Məhərrəmova

Şərh Yaz