Gələcək öz əlimizdədir

2014-cü il sentyabr ayının 3-də İsmayıllı Rayon Gənclər Mərkəzində “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbir başlanmazdan əvvəl İsmayıllıda mövcud olan zibilliklər videoçarx vasitəsilə nümayiş etdirilib.

Gələcək öz əlimizdədirGələcək öz əlimizdədir

2014-cü il sentyabr ayının 3-də İsmayıllı Rayon Gənclər Mərkəzində “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbir başlanmazdan əvvəl İsmayıllıda mövcud olan zibilliklər videoçarx vasitəsilə nümayiş etdirilib.
Təqdimat mərasimində çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, layihənin icrası üçün yaradılan komissiyanın sədri Rövşən Ağayev layihənin icrasına 2014-cü ilin avqust ayının 1-dən başlandığını deyib: – İsmayıllı RİH başçısının 17 iyul 2014-cü il 120 saylı sərəncamı ilə İsmayıllı rayonu ərazisində “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin icrasına başlanıb. Layihənin icrası məqsədilə komissiya yaradılıb, tədbirlər planı təsdiq edilərək müəyyən edilən işçi qrupları tərəfindən icrasına start verilib. Layihə çərçivəsində müsabiqələr, fləşmoblar, konkurslar, iməciliklər və digər tədbirlər həyata keçiriləcək. Məqsəd isə cəmiyyətin diqqətini təmizlik, yaşıllaşdırma, sanitariya işlərinə yönəltmək və sakinləri layihədə iştiraka cəlb etməkdir. Layihə 2014-cü ilin 25 dekabrınadək davam edəcək və ilin sonunda yekun qiymətləndirmə tədbirləri keçiriləcəkdir.
Gələcək öz əlimizdədir
Energetika və Ekologiya İctimai Birliyinin sədri Vaqif Əliyev bildirib ki, son illərdə ekoloji problemlər yaradan amillərin sayı artmışdır, bunların sırasında ətraf mühitin tullantılarla çirkləndirilməsi xüsusi yer tutur. Tullantı istehsal və istehlakın nəticəsində yaranır. Bu bəşəri bir problemdir. Bu səbəbdən də ekologiyanın qorunub saxlanması üçün ciddi tədbirlər görülməlidir. Son illərdə ölkəmizdə ekoloji problemlər önə çəkilərək xeyli iş görülmüşdür. Bu layihə çox gözəldir, İsmayıllı gözəl məkandır, gözəlliliklə birlikdə təmizlik də olmalıdır. Layihə ilə tanış oldum. Düşünürəm ki, layihənin məsuliyyətini hamı yaxşı dərk edərək icrası prosesində fəal iştirak edəcək.
Gələcək öz əlimizdədir
İsmayıllı Kommunal Müəssisələr Kombinatının direktoru Vidadi Məmmədov şəhərin təmizliyi üçün tək onların idarəsinin deyil, hər bir şəhər sakinin səylə çalışmalı olduğunu deyib.
Şəhər sakinləri adından Səkinə Məmmədova və Yaşar Nuriyev, İsmayıllı İnnovasiyalar Mərkəzi adından Qönçə Ağazadə çıxış edərək, layihəni alqışladıqlarını və icrası müddətində əllərindən gələn köməkliyi göstərəcəklərini bildiriblər.
Bütün çıxışlar dinlənildikdən sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edib. RİH başçısı Azərbaycanın mirvarisi İsmayıllının hər bir ərazisinin təmiz olmalı olduğunu deyib. İcra başçısı bildirib ki, İsmayıllı ilk kənd rayonudur ki, bu cür layihəyə start verib. M.Sadıqov hər bir İsmayıllı sakinini bu işlərin həyata keçirilməsində fəal iştirak etməyə dəvət edib.
Tədbirdə İsmayıllı şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının fidanları kiçik səhnəcikləri ilə hər kəsi təmizliyə riayət etməyə çağırıb.
Asiman Səfayev

Şərh Yaz