İnkişafı təsdiqləyən Təhsil bayramı

Bir millətin, dövlətin dünyada tanınmasında, sayılıb-seçilməsində təhsil mühüm rol oynayır.
Təhsili yüksək olan cəmiyyətin həyat şəraiti də yüksək olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqın gələcəyinin elm və təhsildə olduğunu hər zaman qeyd edir, cəmiyyətimizin dünyanın təhsil sisteminə inteqrasiyasını vacib sayır.
Hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatının formalaşması, gələcəyinin güclü əllərdə olması üçün təhsilli, elmli gəncə ehtiyacı böyükdür. Bu gün İsmayıllıdan olan yüzlərlə gənc təhsilləri, bilik və bacarıqları ilə ölkənin gələcək sütunlarının möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. İsmayıllıdan hər il yüzlərlə abituriyent ölkənin ən nüfuzlu ali məktəblərinə daxil olur, təkcə ana-atalarının, ismayıllıların deyil, bütün Azərbaycanın fəxrinə çevrilirlər.

İnkişafı təsdiqləyən Təhsil bayramıİnkişafı təsdiqləyən Təhsil bayramı

Bir millətin, dövlətin dünyada tanınmasında, sayılıb-seçilməsində təhsil mühüm rol oynayır.
Təhsili yüksək olan cəmiyyətin həyat şəraiti də yüksək olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqın gələcəyinin elm və təhsildə olduğunu hər zaman qeyd edir, cəmiyyətimizin dünyanın təhsil sisteminə inteqrasiyasını vacib sayır.
Hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatının formalaşması, gələcəyinin güclü əllərdə olması üçün təhsilli, elmli gəncə ehtiyacı böyükdür. Bu gün İsmayıllıdan olan yüzlərlə gənc təhsilləri, bilik və bacarıqları ilə ölkənin gələcək sütunlarının möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. İsmayıllıdan hər il yüzlərlə abituriyent ölkənin ən nüfuzlu ali məktəblərinə daxil olur, təkcə ana-atalarının, ismayıllıların deyil, bütün Azərbaycanın fəxrinə çevrilirlər.
İnkişafı təsdiqləyən Təhsil bayramı
Sentyabr ayının 8-dir. İsmayıllılar ilə birlikdə şəhərimizin qonaqları da ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkına tərəf gedir. Hər kəsin üzündə təbəssüm, qəlbində fərəh hissi var. Hamı ali məktəblərə daxil olan tələbələrin şərəfinə təşkil edilən möhtəşəm bayram tədbirinə tələsir. Həmin gün İsmayıllıda çövkən oyunları üçün meydançanın açılışı olur və ilk dəfə doğma rayonda yerli komandalar arasında çövkən yarışı keçirilir. Bununla yanaşı, İsmayıllı Yay Filarmoniyasının açılışı olur və bu ilki təhsil bayramı da burada baş tutur.
Əsas şüar kimi ulu öndər Heydər Əliyevin “Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir” sözləri götürülmüşdü. Və budur vaxt tamam olur, tədbirin aparıcıları – şəhər 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Çingiz Muradlı və Yeniyol kənd tam orta məktəbinin müəllimi Aysel Bağıyeva məktəb illəri mahnısının sədaları altında səhnəyə qalxırlar: – Mahnının qanadlarında çox-çox uzaqlara pərvazlanan əzizlərimiz, salam, xoş gördük sizləri!
İnkişafı təsdiqləyən Təhsil bayramı
Bu mahnını eşidən insan yaşından asılı olmayaraq, dərin xatirələrə dalır, qəlbini həzin hisslər bürüyür. Bu da təbiidir, çünki insan ömrünün ən mənalı dövrü, həyatı, yaşamağı öyrəndiyi çağlar məhz orta məktəb illəri ilə bağlıdır.
Neçə ildir ki, doğma İsmayıllımız üçün əziz və fəxredici olan Təhsil bayramını yüksək təntənə, sevinc və qürur hissi ilə qeyd edirik. Hər ilin öz töhfəsi, öz sevinci olmuşdur. Lakin hər dəfə bir pillə ucaldığımız illərdən fərqli olaraq bu ilki bayramın ali məqamları daha çoxdur. O səbəbdən ki, 2013-2014-cü tədris ili ərəfəsində prezident İlham Əliyev rayonumuza səfər etmiş, rayonun sosial-iqtisadi həyatında baş verən inkişafa yüksək qiymət vermişdir. Bütün bunlarla yanaşı, başa vurduğumuz tədris ilində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci açılmış, şəhər 3 nömrəli tam orta məktəbin nəzdində lisey təsis edilmişdir.
İnkişafı təsdiqləyən Təhsil bayramı
Tələbə adını qazananları təbrik etmək üçün İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova söz verilir. İcra başçısı tədbirə gələn qonaqları, tələbələri, onların valideynlərini və toplaşanları salamladı, tələbələrə yeni təhsil və həyat yolunda uğurlar arzuladı. M.Sadıqov dahi rəhbər Heydər Əliyevin təhsilə göstərdiyi diqqətdən, verdiyi önəmdən danışdı:
– Azərbaycan təhsilində Ümummilli liderin apardığı islahatlar nəticəsində tarixi təcrübə və nailiyyətlər zəminində bir çox uğurlar qazanılmış, milli dəyərlərə söykənməklə beynəlxalq təhsil sisteminə uğurla inteqrasiya edə bilmişdir. Ulu öndərin uzaqgörən siyasi kursunun davamçısı prezident İlham Əliyevin “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” konsepsiyası cəmiyyətin inkişafında yeni zəmin yaradır. Ölkə rəhbəri təhsilin inkişafını hər zaman diqqət mərkəzində saxlayır. İsmayıllı təhsili də bu diqqətdən kənarda qalmamışdır. Elə bunun nəticəsidir ki, məzunlarımız ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərirlər. Uğur qazanan bütün abituriyentləri bir daha təbrik edir, uzun ömür, can sağlığı arzulayır, gələcəkdə İsmayıllının, eləcə də bütün ölkənin adını layiqincə təmsil edəcəklərinə inanıram.
İnkişafı təsdiqləyən Təhsil bayramı
Təhsilimizin inkişafına sevinən, daim yanımızda olan, tələbələrə dəstək duran Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruzəli Aslanova söz verilir:
– Əziz tədbir iştirakçıları, məlumat aldım ki, ötən dərs ilində rayonumuzda 4 yeni məktəb binası, 2 uşaq bağçası, bu il 3 məktəb və 2 uşaq bağçası tikilib istifadəyə verilmiş, məktəblər hər cür lazımi avadanlıqlarla təchiz edillmişdir. Bütün bunlar məni ürəkdən sevindirir. Dövlətin göstərdiyi yüksək qayğını layiqincə dəyərləndirən İsmayıllı məktəbliləri onlara göstərilən etimadı şərəflə doğruldurlar. Mən onların özlərini, valideynlərini, müəllimlərini ürəkdən təbrik edirəm, gələcək fəaliyyətlərində daha da yüksək uğurlara imza atmalarını arzulayıram.
İnkişafı təsdiqləyən Təhsil bayramı
Bu il ali məktəblərə daxil olaraq tələbə adını qazanmaq istəyənlərdən 270 nəfəri artıq öz arzusuna çatmışdır, 20 nəfər abituriyentimiz imtahanlarda 600-dən çox bal toplamışdır. Həmin fəxrlərimizi mən də sizlərə təqdim etmək istəyirəm: Qəmər Qüdrətli – 683, Ləman Abbasova – 682. Şəhla Abdullayeva – 674, Mələk Babayeva – 653, Lamiyə Eyvazova – 652, Güllü Hacıməmmədli – 650, Elnarə Səmədli – 645, Ziya Şahalıyev – 645, Şamil İsgəndərov – 639, İlkin Hüseynov – 634, Pərvin Əliyev – 633, Alı Əliyev – 632, Leyla Talıbzadə – 630, Aytac Ziyadxanlı – 618, Aysel Süleymanlı – 607, Nərmin Məmmədova – 606, Fərhad Qasımlı – 603, Günel Məmmədova – 602, Mahirə Məhərrəmova – 602, Gülşən Musalı – 601 bal.
Tələbələrə Rayon İcra Hakimiyyəti, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, rayonun Gənclər və İdman İdarəsi, xeyirxah, yurdsevər iş adamı Famil Bağıyev tərəfindən qiymətli hədiyyələr təqdim edildi.
Şəhər 5 nömrəli tam orta məktəbinin şagirdi Şəhla Abdullayeva, Qalınçaq kənd tam orta məktəbinin şagirdi Şamil İsgəndərov, Gəraybəyli kənd tam orta məktəbinin şagirdi Jalə Müslümzadə, İvanovka kənd tam orta məktəbinin şagirdi Mariya Uryupina yüksək bal toplayaraq “Qızıl medal” qazanmışlar.
Səhnəyə millət vəkili Ərəstun Cavadov dəvət edilir. Ərəstun müəllim İsmayıllı təhsilinin hər zaman öndə olduğunu dedi, qazanılan nailiyyətlərdə əməyi olan müəllimlərə təşəkkürünü bildirdi. İsmayıllıda gedən quruculuq-abadlıq işlərindən danışdı, ali məktəblərə qəbul olan abituriyentlərə təbrikini çatdırdı.
Ali məktəblərə qəbul olan bütün tələbələrin adı səsləndirildi və səhnəyə Təhsil nazirinin müavini Firudin Qurbanov dəvət edildi. Firudin müəllim təntənəli tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi:
– İsmayıllının həm təbiəti gözəldir, həm də insanları. Bu gözəl diyarda olmaqdan məmnunluq hissi duyuram. Bu gün İsmayıllı sürətlə yeniləşir, inkişaf edir, bu inkişaf özünü həm infrastrukturda, həm də təhsildə göstərir. Bugünkü bayram tədbiri möhtəşəm təşkil edilib, təşkilatçılara minnətdarlığımı bildirirəm, tələbələri təbrik edir, onlara çətin və şərəfli yolda uğur arzulayıram.
İnkişafı təsdiqləyən Təhsil bayramı
Tədbirdə şəhər 5 nömrəli tam orta məktəbinin direktoru Elçin Məmmədov və ən yüksək bal toplamış məzun Şəhla Abdullayeva çıxış etdi. Şəhla qazandığı uğura görə valideynlərinə, müəllimlərə, həmçinin yüksək təhsil imkanları yaratmış dövlət rəhbərimizə təşəkkür etdi.
İnkişafı təsdiqləyən Təhsil bayramı
Ali məktəblərə qəbul olan məzunlar sırasında 9-u Qarabağ müharibəsi əlili və şəhid ailəsinin övladlarıdır. Onları təbrik etmək üçün QMƏVŞA İB-nin sədri Vidadi Zərbiyev səhnəyə dəvət edildi. V.Zərbiyev tələbələrə ürək sözlərini çatdırdı və hədiyyələr təqdim etdi.
İnkişafı təsdiqləyən Təhsil bayramı
Ümumilikdə bütün bu nailiyyətlər, sosial-iqtisadi inkişaf, qazanılmış uğurlar ümummilli liderin siyasətini uğurla davam etdirən ölkə rəhbəri İlham Əliyevin yorulmaz fəaliyyətinin, yüksək düşüncəsinin nəticəsidir. O, Azərbaycanı inamla xoşbəxt gələcəyə aparır. Tədbirdə prezident İlham Əliyevə ünvanlanan müraciət oxundu.
İnkişafı təsdiqləyən Təhsil bayramı
Bununla da tədbirin rəsmi hissəsi başa çatdı. Səhnə söz-sənət ustalarının ixtiyarına verildi. Tələbələri təbrik etmək üçün Xalq artisti Zabit Nəbizadə, İsmayıllının gözəl xanəndəsi Sahibə Abdullayeva, istedadlı müğənnilərimiz Qalib Güləliyev, Rövşən Teyyubov, İntiqam İbrahimov, Bəhruz Həşimov, gənc müğənni İlahə Nəbiyeva bir-birindən rəngarəng musiqilər səsləndirdilər. Fazil Əzimov adına İsmayıllı Rayon Uşaq İncəsənət Məktəbinin “İsmayıllı inciləri” rəqs qrupu, məktəbin nəzdində fəaliyyət göstərən İvanovka rəqs qrupu, “Lahıc” folklor qrupu, Aşıqbayramlı kənd yaradıcılıq qrupunun üzvlərinin, şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının balaca fidanlarının göstərdiyi rəqs nömrələri alqışlarla qarşılandı. Və beləcə möhtəşəm bayram tədbiri sona çatdı.
Çinarə Bəhərçinli
Ş.Soltanov

Şərh Yaz