Regional görüş

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, (AQUPDK) Yeni Azərbaycan Partiyası ilə birgə İsmayıllıda İsmayıllı, Şamaxı, Ağdaş, Göyçay, Qobustan və Ağsu rayonlarının fəal qadınlarının iştirakı ilə Respublikanın ictimai-siyasi, sosial-mədəni həyatında qadınların fəaliyyətinin daha da artırılmasına həsr olunmuş regional görüş keçirmişdir.
AQUPDK-nin, RİH-nin və YAP İsmayıllı rayon təşkilatının təşkilatçılığı ilə keçirilən bu tədbirdə Dövlət Müstəqilliyimizin qurucusu və memarı ulu öndər Heydər Əliyevin dövlət qadın siyasətinin əsas istiqamətləri bu siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirməsindən, qadınların qərar qəbuletmədə təmsilçiliyinin artırılması və gender bərabərliyinin təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələrdən geniş bəhs edilmişdir.

Regional görüşRegional görüş

Tədbiri aparan Respublika Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva, rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, YAP rayon təşkilatının sədri Əzizə Vahabova adları çəkilən rayonlardan olan qadın fəallar çıxış edərək ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə qadınlarımızin xüsusi diqqət və qayğı ilə əhatə olunmasından danışıblar.
Məhz bunun nəticəsidir ki, təhsil, səhiyyə və mədəniyyət sahəsində uzun illərdir ki, üstünlük təşkil edən qadınlarımızın idarəetmədə xüsusi çəkisi artmaqdadır. Bu illərda icra strukturlarında gənc qadınların məsul vəzifələrə irəli çəkilməsi diqqət mərkəzindədir. Əvvəlki seçkilərlə müqayisədə qadınların sayı parlamentdə dörd dəfə, bələdiyyələrdə beş dəfə çoxalıb. Bələdiyyə sədrləri arasında qadınların boy sırası seçkidən-seçkiyə artır.
Çıxışlarda o da vurğulanıb ki, ölkəmizdə istər sosial, istər hüquqi, istərsə də digər təchizatlar baxımından əlverişli şərait yaradılmasına baxmayaraq qadınların, xüsusən də regionlarda yaşayan qadınların vətəndaş cəmiyyətində, ictimai-siyasi, sosial-mədəni həyatda fəallığının, işgüzarlığının, təşəbbüskarlığının artırılması, onların hüquq və azadlığının qorunması ilə bağlı hələ görüləsi işlər çoxdur. Bu istiqamətdə maarifləndirici tədbirlərə üstünlük verilməlidir.
Sonda qeyd olunub ki, qadınlarımızın üzərinə düşən ən şərəfli missiya isə vətənə sadaqətlə xidmət edən, alovlu vətənpərvər azərbaycanlı olmağı ilə fəxr edən gənc nəsil yetişdirməkdən ibarətdir.
İlqar Əhmədli

Şərh Yaz