Partiya seçkilərə hazırlaşır

YAP İsmayıllı rayon təşkilatı 2014-cü ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə hazırlığın gedişi və qarşıda duran vəzifələr barədə ərazi ilk partiya təşkilatları sədrlərinin və fəalların iştirakı ilə yığıncaq keçirmişdir.
Tədbiri giriş sözü ilə açan YAP sədri Əzizə Vahabova qeyd etdi ki, müstəqil dövlətimizin iqtisadi cəhətdən qüdrəti artdığı üçün, ölkəmizin həyatının bütün sahələrində uğurlu inkişaf getdiyinə görə özünüidarə sistemində bələdiyyələrin əhəmiyyəti və rolu daha aydın görünür. Bildiyimiz kimi, özünüidarə orqanlarının formalaşmasının hüquqi əsasları ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb. 1999-cu ildən, yəni ilk bələdiyyə seçkiləri keçirildiyi dövrdən bu günədək ötən 15 il ərzində bələdiyyələrin hüquqi bazası nəzərə çarpacaq miqyasda genişlənmiş, təkmilləşmiş, bələdiyyələrin fəaliyyətini tənzimləyən onlarca qanun qəbul edilmiş və uğurla icra olunmaqdadır.

Partiya sədri bildirdi ki, ötən müddət ərzində keçirilmiş üç bələdiyyə (1999, 2004 və 2009-cu illərdə) seçkilərində Yeni Azərbaycan Partiyası parlaq qələbə qazanmış, gənclərin və qadınların özünüidarəetmə qurumlarında təmsilciliyinə diqqət artırılmışdır.
Tədbirdə çıxış edən partiya fəalları Cümşüd Hacıyev, Vidadi Zərbiyev, İsrayıl İsmayılov, Abdullətif Maqsudov, Gülnar Mikayılova və başqaları çıxış edərək bildirdilər ki, bələdiyyələrdə təmsilçiliyə öz layiqli namizədlərini irəli sürən YAP, onların qələbə çalması üçün əvvəlki seçkilərdə olduğu kimi partiya fəallarının köməyi və xalqa arxalanaraq ədalətli və şəffaf seçkilər keçirməklə uğur qazanacaqdır. Yığıncaqda seçkilərə hazırlıqla bağlı qarşıda duran vəzifələr müəyyən edilmiş, YAP rayon təşkilatı nəzdində Seçki Qərargahının, onun qruplarının, ərazi ilk partiya təşkilatlarında qərargah bölmələrinin yaradılması barədə qərar qəbul edilmişdir.
R.Qasımov

Şərh Yaz