Lətifələr

“Ömrün məzəli anları” kitabının müəllifi, həmyerlimiz Aslan Aslanovun yeni lətifələri. Onları oxucuların ixtiyarına buraxırıq.

LətifələrLətifələr

Lətifələr
“Ömrün məzəli anları” kitabının müəllifi, həmyerlimiz Aslan Aslanovun yeni lətifələri. Onları oxucuların ixtiyarına buraxırıq.

Atana dəymir

Aslan evdə həyat yoldaşına tez-tez iş buyurur. Bundan bezən qadın yarıciddi, yarızarafat:
– Nə olube sənə, elə bil Əzrayılın əmisi oğlusan, qoymursan rahat oturaq,- deyir.
– Əzrayılın əmisi oğluyam ki, tapşırmışam, 85 ildir atana dəymir, – deyə Aslan cavab verir.

Yaxşi ki, danişdirmadilar

Yeni işi ilə əlaqədar Aslan Bakıda tibbi komissiyadan keçməli olur. Barmağının birinin ucunun kəsik olduğuna görə həkim ondan yüz manat alır. Evə qayıdanda yoldaşı ondan soruşur ki, komissiyadan keçə bildinmi?
– Yaxşı ki, barmağıma baxdılar, danışdırmadılar, yoxsa, beş yüz alacaqdılar.

Bu arvadlardan birini al

Aslan sanatoriyada müalicə alırdı. Hər axşam alverçi arvadlar sanatoriyanın həyətində sumkalarda öz matahlarını satmağa gətirirdilər. Bu alış-verişə baxan Aslan otaq yoldaşına müraciətlə:
– Bu hədiyyələrdən qızına al da.
– Qızım yoxdur.
– Gəlininə, nəvənə al.
– Onlar uzaqda yaşayırlar.
– Arvadına al.
-Arvadım rəhmətə gedib.
– Onda elədirsə, bu arvadlardan birini al,- deyə Aslan məsləhət verir.

Sən əllincisən

Aslan idarələrdən birinin həyətində qoltuğunda qovluq tutmuş tanışına rast gəlir.
– Səndən nə əcəb buralarda?
– Müdir deyib, şəxsi işini gətir, səni yaxşı bir işə qoyacağam.
– O işə mən baxıram, sənədlərini ver saxlayım. Onun söz verdiklərindən əllincisisən,- deyə Aslan cavab verir.

Alver yaxınlığı

Aslan qəliz müdirdən iş aşırmaq üçün tanış işçidən soruşur:
– Burada müdirə ən yaxın adam kimdir?
– Sürücüsü.
– Maşında yan-yana oturanı demirəm e, iş düzüb qoşmaqda yaxın olanını soruşuram.

Üç sistem nədir?

Şəkər xəstəliyinə görə həkim Aslana üç sistem təyin edir. Bunu eşidən Aslan:
– Xətərəsi sizdən uzaq ay həkim, baytarlıq aptekinə gedib deyirik ki, inəyim xəstələnib, çəkisini soruşur, sonra dərman verir. Doxsan beş kiloluq adama üç sistem neyləyər ki?

Gələn dəfə özümə alaram

Aslan öz şəxsi minik maşınında həyat yoldaşı ilə Bakıya gedirmiş. Yoldaşı tapşırır ki, mütləq özünə təzə kostyum alarsan. İş elə gətirir ki, yol polisləri Aslanı qaydaları pozduğuna görə iki dəfə cərimələyirlər. Geri qayıtmağa hazırlaşanda yoldaşı soruşur:
– Bəs kostyum almırsan?
– Bu dəfə yol polislərinə aldım, gələn dəfə İnşallah özümə alaram.

Arvaddan muğayat ol

Aslan birinə borc pul verir. Həmin adam borcu qaytarmamış rəhmətə gedir. Orucluq bayramı günü Aslan yaxın qohumu olan qadının qəbrini ziyarətə gəlir. Görür ki, borc verdiyi adamın qəbri də lap yaxındadı və deyir:
– Filənkəs, pulu sənə halal eliyirəm, ancaq sən bu arvaddan muğayat ol!

Mənim atamın deyiblər

Aslan kiçik oğlunu evləndirib ata həyətinə köçürür. Oğlu deyir:
– Bəs deyirlər ata həyəti balaca oğula çatır.
Aslan:
– Sənin atanın deməyiblər, mənim atamın həyətini deyiblər, – cavab verir.

Başdaşi üçün şəkil

Aslanın internetdəki dostlarından biri onun görmədiyi şəklini alboma qoyur.
Aslan həmin adamı görəndə deyur:
– O şəklin əslini ver mənə, çoxdandır başdaşına vurmağa abırlı bir şəkil axtarırdım.

Ölən belə olar

Aslanın yaxın kişi qohumu anasının yasına gəlir.
Aslan:
– Kişi necəsən, səhhətin necədir?
– Ölürəm.
Aslan:
– Ölən bu rəhmətlik kimi olar. Nə ölürəm dedi, nə də ailəsini incitdi. Səni tanıyandan ölürəm deyirsən, arada da bir şey yoxdur.
Toplayanı: Hikmət Hümbətov

Növbəti məşğələ
Sentyabrın əvvəlində “Dağ çiçəkləri” ədəbi dərnəyinin növbəti məşğələsi olmuşdur. Yazarlardan Şahlar Hacıyev, Oqtay İsmayıllı, Nazir Ziya (Talıstanlı), Rüstəm Məbudoğlu və başqaları yeni şeirlərini oxumuşlar. Dinləyicilər şeirləri təhlil etmiş, yazılar haqqında fikirlərini bildirmişlər. Bəyənilmiş şeirlər qəzetin yaxın nömrələrində dərc ediləcəkdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz