Sağlam həyat tərzi – erkən nikaha yox de

22 avqust 2014-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Sağlam həyat tərzi-erkən nikaha yox de!” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə RİH-nin əməkdaşları, yerli icra və özünüidarəetmə təşkilatlarının rəhbərləri, dini ayinlərin icraçıları, ictimaiyyətin nümayəndələri iştirak edib.

Sağlam həyat tərzi - erkən nikaha yox deSağlam həyat tərzi – erkən nikaha yox de

22 avqust 2014-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Sağlam həyat tərzi-erkən nikaha yox de!” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə RİH-nin əməkdaşları, yerli icra və özünüidarəetmə təşkilatlarının rəhbərləri, dini ayinlərin icraçıları, ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Sevil Əhmədova bildirib ki, sağlam həyat tərzinin təbliği məqsədilə ölkə miqyasında ardıcıl və sistemli tədbirlər həyata keçirilir: – Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sürətləndikcə əhalinin, xüsusilə gənclərin milli-mənəvi ruhda tərbiyəsi üçün daha optimal yollar müəyyənləşdirilir. Sağlam həyat tərzinin təbliği məqsədilə ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan aid strukturların imkan və qüvvələri bir mərkəzə gətirilir. Bugünkü tədbir də məhz bu məqsədə xidmət edir.
Sağlam həyat tərzi - erkən nikaha yox de
İsmayıllı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva bildirib ki, layihənin əsas məqsədi erkən nikah hallarının yaratdığı fəsadlar haqqında cəmiyyətin müxtəlif təbəqələrinin məlumatlandırılması və Respublikamızda erkən nikah hallarının qarşısının alınmasıdır. L.Əliyeva son illərdə Mərkəz tərəfindən görülən işlər, həyata keçirilən maarifləndirmə tədbirlərindən danışıb. Uşaqların təhsil hüququnun pozulması baxımından, erkən nikaha daxil olan qız tərəfindən dünyaya gətirilən uşağın sağlamlığında, düzgün tərbiyə edilməsində ciddi problemlər yaranır. Həmçinin, rəsmi nikah olmadığından sonradan hüquqi problemlərin meydana gəlməsinə şərait yaratdığına görə erkən nikahın böyük sosial problem olduğunu diqqətə çatdırıb. Bunun həlli üçün birgə işin, maarifləndirici tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Avtandil Rəhimov erkən nikahın tibbi fəsadlarından, RİH-nin hüquq şöbəsinin müdiri Xətai Abbasov hüquqi tərəflərindən, İsmayıllı Cümə məscidinin imamı Şahzadə Bilalov bu məsələyə dini yanaşmadan danışıblar.
14 yaşında ailə quran və erkən ərəgetmənin onun həyatına vurduğu zərbələrdən, göstərdiyi mənfi təsirlərdən danışan Fərqanə Əsədova gənc qızlarımızı və onların valideynlərini bu cür addımlardan uzaq olmağa çağırıb.
Tədbir müzakirələr şəklində davam edib.
Çinarə Bəhərçinli

Şərh Yaz