Yaponiya qəzetlərində İsmayıllı barədə

İsmayıllı rayonundan olan məktəblilərin Yaponiyaya səfərləri barədə bu ölkənin mətbuatında məqalələr dərc olunub.
Yaponiyanın Şizuoka prefekturasının orqanı olan “Şizuoka”, “İzu” və “Chunichi“ qəzetlərində dərc edilmiş məqalələrdə bildirilir ki, ötən il İto şəhəri ilə Azərbaycanın İsmayıllı rayonu arasında imzalanmış əməkdaşlıq haqqında sazişə əsasən azərbaycanlı məktəblilər ilk dəfə Yaponiyaya səfərə gəliblər. İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucovun rəhbərlik etdiyi nümayəndə heyətinə rayonun 1 və 6 nömrəli məktəblərinin altı şagirdi daxildir. Əvvəlcə Yaponiya paytaxtı ilə tanış olan qonaqlar şəhərin görməli yerləri ilə tanış olublar. Tokio Disneylendi azərbaycanlı uşaqların daha çox xoşuna gəlib.

Sonra İto şəhərinə gələn uşaqları avqustun 4-də şəhərin meri Tsukuda Hiromi qəbul edib. Bildirib ki, bu səfər İto məktəbliləri ilə İsmayıllı şagirdləri arasında dostluq əlaqələrini daha da inkişaf etdirəcək və genişləndirəcək.
Məqalələrdə yapon oxuculara Xəzər dənizi sahilində yerləşən Azərbaycan, onun paytaxtı Bakı şəhərindən 180 kilometr məsafədə olan İsmayıllı rayonu haqqında da ətraflı məlumatlar verilib.
Bildirilib ki, azərbaycanlı məktəblilər İto şəhərində “İnternational Homestay Club”ın nümayəndələri tərəfindən təşkil edilən rəngarəng tədbirlərə qatılaraq, yaponiyalı həmyaşıdları ilə dostluq əlaqələri qurublar.
Proqrama uyğun olaraq, İto şəhər musiqi məktəbində milli musiqi alətləri haqqında onlara məlumat verilib, oğlanlar əlbəyaxa döyüş növlərinin öyrədildiyi məktəbdə olublar. İto şəhərində olduqları dövrdə burada keçirilən müxtəlif festivallara qatılan azərbaycanlı uşaqlar yapon milli geyimi olan yukata da geyiniblər. Həmçinin uşaqlar İtonun tarixi və görməli yerlərini də ziyarət ediblər, Fuci dağında və Hakone istirahət mərkəzində olublar.
İto şəhərində təşkil olunan Angin Maçuridə iştirak edən məktəblilərimiz burada təbilçilərin müsabiqəsini, digər rəngarəng proqramları və möhtəşəm atəşfəşanlığı da maraqla izləyiblər.
Burada azərbaycanlı məktəbli Zəminə Əkbərovanın sözlərinə də yer verilib: “Gözəl təbiəti ana vətənimə bənzədiyinə görə İtonu çox sevdim. Yaponiyaya gələn həmyerlilərimə İtonu tövsiyə edəcəyəm”.
Vüqar Ağayev,
AzərTAc-ın xüsusi müxbiri
Tokio

Şərh Yaz