Dünyaya baxanda, dünya nə gözəl…

Şair Musa Yaquba açıq məktub
“Musa Yaqub – şeirimizin Səttar Bəhlulzadəsi,
Sərrast Bəhlulzadəsi, Əttar Bəhlulzadəsi”,
(Qabil)

Xəyanət daşından, höcət daşından,
Bir də görəcəyik bostanımız daş.
Bu taleh önündə anbarımız daş.
Millətə o qədər əyri baxmışıq,
Bir də görəcəyik gözlərimiz çaş, – yanğısı ilə çırpınanda da məlum olur ki, bu, Musa Yaqub qələmidir və sözüdür. Bu anda yenə Məmməd Araz yada düşür:
Tanrım, məni tuş eləmə satqına, tuş:
O, milləti şöhrətinə girov qoymuş.
Bəli, siz saf və təmiz qəlbli, ədalətsizliklə barışmayan, insanlığın fəxr edəcəyi saf və işıqlı mənəviyyatın sahibisiniz, Musa müəllim.
Sizin yaradıcılığınızda ən adi şeylər poeziya mövzusuna çevrilir, gözəlləşir, bəşəriləşir, ülviləşir. Bu poeziyada təkcə təbiət dil açıb danışmır: Vətənin şanlı tarixi, xalqın ucalığı, qəhrəmanlığı, müdrikliyi poetikləşir, tarixiləşir. Bu, şeir deyil, hazır mahnıdır: təbiət bəstələyib, bənzərsiz tablodur: mahir bir rəssam əli ilə çəkilib.
Siz hamının gördüyü və ya görmək istəmədiyi, ya da yaxşını, yamanı araşdırmağa gücü çatmadığı, poeziya məcrasına sala bilmədiyi məsələlərdən yazırsınız. Oxuyanda hamı deyir: Aaaa… nə gözəldir. Bunu mən də bilirəm. ”Ancaq hamı bilmir ki, onu yazmaq ürək qanı ilə qidalanmaq deməkdir (Yadıma XIV əsrdə yaşamış Əssar Təbrizinin sözləri düşür). Hörmətli Musa müəllim, siz tək deyilsiniz. Düşüncələrinizə ortaq olanlar heç də az deyil. Heç də hamı həyatın zərbələrinə eyni dərəcədə cavab verə bilmir. Vaxtilə mənimlə bir otaqda filoloji fakültəni bitirən bir qız işləyirdi. Nəcib, intelektual, həyatda hər şeyi qanun, vicdan tərəzisiylə qiymətləndirən bir xanım idi. O, hər şeyi mütaliə etdiyi kitablarla, əsərlərlə qiymətləndirir, müqayisə edirdi. Həyatı hadisələrlə kitabdakılar üst-üstə düşməyəndə, uyğun olmayanda əzablar içində qıvrılar, hirslənər, bu haqsızlıqlara üsyan edərdi. Tərs kimi sevdiyi və sevildiyi adam da onun yüksək mənəviyyatını başa düşmədi. Elə bu xüsusiyyətlərinə görə bəziləri (çoxu mənəviyyatca ondan aşağı idi) onu lağa qoyub gülərdilər. İş elə gətirdi ki, həssas ürəyi bütün bunlara dözə bilmədi (o sizin bütün şeirlərinizi əzbər bilirdi). Etiraz əlaməti olaraq işdən çıxdı, guşənişin oldu. Həssas ürək sahibi olan bu qızın faciəsini məndən çox duyan, ağrıdan olmadı. Həyati zərbələri mətanətlə qarşılayan siz – Musa müəllim heç kəsdən, heç nədən küsmürsünüz.
Bəli, bu bir həqiqətdir ki, ”böyük bir dərd imiş şair yaranmaq” (S.Vurğun). Bu yolu – səməndər quşu kimi yanmaq peşəsini – tanrının bəxş elədiyi xoşbəxtliyi özünüz seçmisiniz: sanki ”Fələklər”qədər uca, dəyərli insanın (Nizami) birdən-birə mənəviyyat” çirkabına” bulaşmağınamı dözə bilmirsiniz?!
Təbiətdən cəmiyyətə bir addım yol keçən, təbiətdəki saflığı, gözəlliyi, təbiiliyi, təmənnasızlığı, ülviliyi cəmiyyətə şamil etmək, qoruyub saxlamaq istəyən Musa Yaqub nalə çəkdi:
A vicdan əzabım,
Üsyan əzabım,
Öldürmə məni.
Ən zərif mehdən, ən incə gözəllikdən duyğulanan şair bu qədər həyəcana, sarsıntıya necə dözdü?
Bəlkə də, ona görə ki, xalqın başqa bir müdrik oğlu sizə ”təskinlik” verdi:
Ay Musa, özünü yorma boş yerə,
İş ki belə gedir, nə gerçək, nə haqq?
Allahı qəlbində görməyənlərə
Vicdan kəlməsini necə anladaq?
(B.Vahabzadə)

Dünyaya baxanda, dünya nə gözəl...

Siz: ”Bu dünyanın qara daşı göyərməz” – deyəndə vətənin başqa bir şair oğlu “etiraz” etdi:
Çox gözlü var torpağına kor baxır,
Dan yerinə bəbəyində tor baxır.
Yüz də çevir, min də ələ torpağı
Namərdinən mərd yanaşı göyərdi.
(M.Araz)
– Əlinə elə dünən qələm alan bir şair şagirdim də sizə ”meydan oxudu”, arzularınızın göyərəcəyinə inam yaratdı:
Kol dibində bənövşələr də qəfil,
Bizi qoşa görsələr açarlar dil.
Ümid lap axırda ölür, bunu bil,
Qəm eyləmə, göyərəcək o daşlar.
(Tərlan Saleh)
Ancaq Musa müəllim. Sizə təsəlliyə ehtiyac yoxdur. Daxili ruhunuzu, harayınızı dağ çayı kimi boş hay-küylə deyil, bolsulu çaylar kimi sakit, təmkinli şəkildə ram edə bilirsiniz.
Ümidsiz olmursunuz. Namərdlərin yanında mərdlərin olduğunu görüb ürəklənirsiniz. Həmin mərdlərin işığında yaşamaq istəyir, bunu başqalarına da məsləhət bilirsiniz:
Bu namərd dünyayla qolboyun olub
Dünyanın mərdiylə yaşamalıyıq.
Bir ömrün dərdiylə yaşamalıyıq.
Hörmətli Musa müəllim. Siz Fərhad kimi “külüngünüzlə” – qələminizlə poeziyamızın qarşısında dağ olan mövzuları qəlpə-qəlpə qoparıb gələcək yazarlara hamar yol açıb meydan verənlərdənsiniz. ”Qarın filosofu” olub, mənəviyyata ”yox” deyib” maddiyat zirvəsinə” qalxa bilərdiniz. Eləmədiniz! Düz elədiniz! Bununla da, insanın bütün varlıqlardan ucalığını bir daha təsdiq etdiniz. Çətin gündə, dar ayaqda təmkininizi, insana məxsus ali xüsusiyyətləri qoruyub saxladığınız ”pak və təmiz vicdanınızın səsinə” (Mirzə Cəlil) qulaq asıb həqiqəti, ədaləti, müdafiə etdiyiniz”… və başqaları”, ”və sairlər” üçün yaxşı ki, siz varsınız, Musa Yaqub.
Yaxşını, yamanı araşdırmağa
Yaxşı ki sən varsan, ey ana kəndim.
(M.Yaqub)
Yaxşı ki, tikanlar çiçəkdən azdır.
Amma tikanlar da görür işini.
Həlim küləklərin oxşamasında
Duydum yaxşıların nəvazişini
(M.Yaqub)
Dünyaya baxanda, dünya nə gözəl...
Bəzən ümidsizliyə qapılanda dahi Füzuli kimi əbədi yaşayacağını mal-mülkə əsir olan sultanlara baş əyməyəcəyini iftixarla bəyan edəndə, ”vallah” deyib dünyanın naqislikləri qarşısında mat qalanda (Heyrət, ey büt…(Füzuli), heç kimə gileylənmədən, heç kimdən təmənna ummadan (bu dahilərin müdrikliyidir), ”axı sözün düzü bunları niyə acıqlandırır” , – deyəndə də siz böyüksünüz, ulusunuz Musa müəllim.
İnsan bu dünyanın haqsızlıqlarından çaş-baş düşəndə, ”nə yaxşı, namərd yanında mərd də var”, – deyib təskinlik tapanda, qəlbimizdən keçənləri bizdən də yaxşı ipə-sapa düzməyi görəndə, boğazımıza tıxanan qəhəri yox etməyə nə yaxşı sizin qələminiz, axarlı-baxarlı, doğma dilimizin zənginliklərindən qidalanan poeziyanız var, Musa müəllim.
Müsahibələrinizin birində xalq dilinin başqa bənzərsiz sənətkarı ustad Şəhriyara qibtə edirsiniz: ”Şəhriyar şeirimizin, sənətimizin böyük zirvəsidir. O qədər şövqlü yazıb ki!
Gözəl quşlar gəlib burdan keçərlər
Xəlvətləyib bulaqdan su içərlər.
Qətiyyən təəssüflənməyin. Bu ”xəlvətləyib” sözü o qədər mənə ləzzət eləyib ki!”
Dilimizin gözəlliyi, zənginliyi, ən incə duyğulara belə məna donu geyindirmək qabiliyyəti, dağ çayı kimi şaqraqlığı, Dədə Qorqud ”bulağının” sərinliyi, saflığı sizin poeziyanızın da ana xəttini təşkil edir. Sadə xalq dilindən aldığınız söz və ifadələrin yenidən xalqa qaytarmanız və bənzərsiz şəkildə qaytarmanız elə ucalıq deyilmi?! Buna saysız-hesabsız misallar gətirmək olar. Ancaq təkcə bu misralar:
Gülüm həşəm, zəmim vağam,
Belə zəmini neynirsən?
Yaxud:
Bir həzin yağışın, sübhün gözündən
Baharlı çəmənə yağmağı kimi.
və ya: “eşənəyini itirən quşlar”, Türkiyədə yaşayan dostunuza “… harda perik düşüb yuva qurmusan” ifadələri fikrimizin sübutudur.
Yalnız bunlar bəs edər deyək ki, siz çox şərəfli tarixi olan Azərbaycan dili varisliyinin ləyaqətli daşıyıcısısınız. Yaradıcılığınızla bir daha sübut etdiniz ki, bu, Qazi Bürhanəddin söz oynaqlığı, Nəsiminin fəlsəfi düşüncələri, Füzuli hicranının nisgilli dilidir. Bu dil Xətayi sadəliyi, Vaqif axıcılığı, Sabir və Mirzə Cəlil qorxmazlığı, ucalığı, S.Vurğun, İ.Əfəndiyev lirizmi mənbəyi, B.Vahabzadə, M.Araz, Z.Yaqub “və başqaları”nın (M.Yaqub) heç vaxt təravətini itirməyəcək incilərinin yaratdıqları bir möcüzədir. Siz poeziya nərdivanının uca zirvəsində məhz bu varisliyin sayəsində qərar tutmusunuz.
Musa müəllim, etiraf edirsiniz ki:
Mənim ürəyimdə bir nəğmə yatır.
Mən heç o nəğməni yazmayacağam.
Səsi nə düşmənə, nə dosta çatır
Mən heç o nəğməni yazmayacağam.
Bu təvazökarlıq kimə lazım, Musa Müəllim?! Axı siz o nəğmələri çoxdan yazmısınız. Biz o nəğmələrin işığında böyümüşük, insanlığa məxsus nəcib duyğular, ali hisslər qazanmışıq. Hələ neçə nəsil də bu saf bulaqdan su içəcək. Bu mənada:
Şair nəğmə kimi gəlir cahana,
Nəğmə ölümünə mən inanmıram – deyən dostunuz Fikrət Qoca ilə razısınızmı?!
Bəli, özünüz də bilmədən diliniz, qələminiz sözə baxmayıb: istər-istəməz ürəyinizin səssiz-səmirsiz oxuduğu nəğmələr vərəqlərə tökülüb. Vərəqlərdə yoxdursa da, ürəyinizdən xəbərdar olanlar o nəğmələri olduğu kimi dinləyiblər, zövq alıblar, təmiz hissə inamları artıb, haqq-ədalət adlı bir məfhumun həmişə qalib gələcəyinə inanıblar. Axı:
Yaxşılıq əlindən tutub, ucalıb,
Tərtəmiz ürəklə, dumduru gözlə.
Dünyaya baxanda dünya nə gözəl,
Həyat nə işıqlı görünür, Allah,
Tikan da çiçəyə bürünür, Allah.
– deyən və bununla da aqillərin: “Dünyanı gözəllik xilas edəcək”, – rikrini təsdiqləyən gözəllik nəğməkarı Musa Yaqub o nəğməni yazmaya bilərmi?!
“Zər qədrini zərgər bilər ”, – deyib aqil babalarımız, siz heç də hər kəsin yaza bilməyəcəyi nəğməni ürəyinizdə saxlamayın. O nəğməni yazın. O nəğmə mənəviyyatı uca və zəngin insanlara mənəvi qidadır.
O nəğmə ümidsizliyə qapılanlara bir nur, mənəviyyatlarını zənginləşdirmək istəyənlərə bir işıq olar.
O nəğmə fani dünya işlərində çaşıb qalan bir insan üçün, susuzluqdan cadar-cadar olmuş torpağa, ”çaşıb” səhrada bitən zərif bir çiçəyə, meyvəsini insanlara ərməğan etmək istəyən böyürtkan koluna bir damla su kimi, ”iynə ucu boyda işığa həsrət qalan gözə nur ” kimi (Ə.Kərim) lazımdır.
Siz, insanlığın vicdan fəlsəfəsinə ölçüyəgəlməz dərəcədə xidmət götərən, dünyanın gözəlliyini bu qədər dərindən duyub qiymətləndirən şair, o nəğməni yazmaya bilərsinizmi?! Ağlınız, qəlbiniz yazmaq istəməsə də qələminiz onu yazmağa tələsəcək. Və bu nəğmə insanlıq fəlsəfəsində yeri olmayanlar üçün tutarlı bir mesaj olacaq.
“Şair insan qəlbinin tərcümanıdır”, – deyiblər. Şair susarsa, cahan susar, insanın saf mənəviyyatı ölər. Ürəyinizdə saxlamayın. O nəğməni “Su kimi minlərin, milyonların alışan ruhuna çiləyin”
O nəğməni yazın ki, göydə bir parlaq ulduz da sönməsin, Günəş nurunu əsirgəməsin, Ay dünyanı küskün-küskün dolanmasın.
Yazın ki, insan insan olduğunu unutmasın. İnsan öz içində aqil və müdrik bir varlığın olduğuna inansın. Onda dünya da olar, bəşəriyyət də, gözəllik də, gözəlklik nəğməkarı da.
Dünyaya baxanda, dünya nə gözəl...
Rəna Mirzəliyeva

Şərh Yaz