Koreyalı gənclər İsmayıllıdan xoş təəssüratla ayrılıblar

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Koreya Respublikasının Milli Gənclər Komissiyası arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumuna əsasən, ölkəmizə gələn Koreyanın gənclərdən ibarət nümayəndə heyəti İsmayıllı rayonunda olub.

AzərTAc xəbər verir ki, koreyalı gənclər əvvəlcə Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Lahıc qəsəbəsini ziyarət ediblər. XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olan qəsəbə barədə məlumatlar, tarix-diyarşünaslıq muzeyi, sənətkarlıq emalatxanalarda ustaların misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədilmiş məişət əşyaları qonaqlarda böyük maraq doğurub.
Koreyalı gənclər İsmayıllıdan xoş təəssüratla ayrılıblar
Sonra koreyalı qonaqlar rusların yaşadıqları İvanovka kəndinə gəliblər. Burada mehribanlıqla qarşılanan koreyalı gənclərə kənd və onun sakinləri, sosial-iqtisadi, mədəni həyatı barədə ətraflı məlumat verilib. Azərbaycanın tolerant bir ölkə olduğu, respublikamızda müxtəlif millətlərin və xalqların heç bir ayrı-seçkiliyə yol verilmədən dinc, əmin-amanlıq şəraitində yaşadıqları bildirilib.
Koreyalı gənc Lee Chanjın səfər barədə təəssüratlarını bölüşərək deyib: “Azərbaycan qonaqpərvər ölkədir. İnsanları da mehribandır. Lahıcın abidələri zəngindir, tarixidir, sənətkarların hazırladıqları əşyalar da çox maraqlıdır. Əvvəllər bu ölkə barədə bir o qədər də məlumatım yox idi. İndi gəlib hər şeyi öz gözlərimlə gördüm. Azərbaycan həqiqətən gözəl təbiətə, zəngin mədəniyyətə malik, tolerant bir diyardır”.
Koreyalı gənclər İsmayıllıdan aldıqları xoş təəssüratın təsiri altında avqustun 18-də səhər Şəkiyə yola düşüblər.
Taleh Məhərrəmov

Şərh Yaz