ASAN xidmətdən yararlanın

ASAN Xidmət Mərkəzinin səyyar briqadası regionlardakı əhaliyə xidmətlərin çatdırılması, vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi kimi bir vəzifəni icra edir. Bir neçə gündür ki, Mərkəz müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslarla İsmayıllı şəhərində Mərkəzi Kitabxana Sisteminin binası önündə əhaliyə xidmət göstərməyə başlayıb.
ASAN xidmətdən yararlanınASAN xidmətdən yararlanın

ASAN Xidmət Mərkəzinin səyyar briqadası regionlardakı əhaliyə xidmətlərin çatdırılması, vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi kimi bir vəzifəni icra edir. Bir neçə gündür ki, Mərkəz müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslarla İsmayıllı şəhərində Mərkəzi Kitabxana Sisteminin binası önündə əhaliyə xidmət göstərməyə başlayıb.
ASAN xidmətdən yararlanın
Rayonda həyata keçirilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunub. Sakinlər burada natoriat, şəxsiyyət vəsiqələrinin verilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən, həmçinin əmək pensiyalarının təyin edilməsi, torpaq kadastrı, yaşayış evləri üzərində mülkiyyət hüquqlarının və daşınmaz əmlakın dövlət qeydiyyatına alınması xidmətlərindən yararlana bilərlər. ASAN xidmətin regionlarda həyata keçirilməsində əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat və əlçatan formada çatdırmaqdır.
Qeyd edək ki, indiyədək ASAN Xidmət Mərkəzinə 1000-dən çox sakin müraciət edib. Müraciətlərin əksəriyyəti şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi,
ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı olub.
Səyyar formada göstərilən xidmətlər:
Ədliyyə Nazirliyi:
-notariat fəaliyyəti;
Daxili İşlər Nazirliyi:
-şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
-ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
-sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi:
-torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
Dövlət Sosial Müdafiə Fondu:
-əmək pensiyalarının təyin edilməsi;
Əmlak Məsələləri Dövlət Komitəsi:
-Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
-Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüqüqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Hüquqi yardım xidməti:
Yardımçı xidmətlər:
-bank hesablarının açılması;
-valyuta mübadiləsi;
-dövlət rüsumlarının və xidmət haqlarının qəbulu;
-inzibati xətalara dair cərimələrin qəbulu;
Sığorta:
-avtomobillərin sığortası;
-daşınmaz əmlakın sığortası.
Ş.Soltanov

Şərh Yaz