Uşaq əməyinin istismarı ilə bağlı regional tədbir

27 avqust 2014-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində yetkinlik yaşına çatmayanların istismarının və uşaq əməyindən istifadə hallarının qarşısının alınması ilə bağlı regional tədbir və təlim keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin regional nümayəndələri, yetkinlik yaşına çatmayanlarla işləyən polis əməkdaşları iştirak edib.

Uşaq əməyinin istismarı ilə bağlı regional tədbirUşaq əməyinin istismarı ilə bağlı regional tədbir

27 avqust 2014-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində yetkinlik yaşına çatmayanların istismarının və uşaq əməyindən istifadə hallarının qarşısının alınması ilə bağlı regional tədbir və təlim keçirilib.
Uşaq əməyinin istismarı ilə bağlı regional tədbir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin regional nümayəndələri, yetkinlik yaşına çatmayanlarla işləyən polis əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova açaraq gələn qonaqları salamlayıb. O, bildirib ki, uşaq əməyinin istismar edilməsi uşaqların psixi və fiziki sağlamlığına mənfi təsir edir, onların inkişafına və təhsilinə maneçilik törədir. Uşaq əməyinin istismarına qarşı mübarizənin aparılmasının diqqət mərkəzində olan problemlər sırasında olduğunu nəzərə çatdırıb.
Sonra təlimə başlanıb. Təlim zamanı Komitə əməkdaşları – Pərviz Əliyev və Fərid Ədilov uşaq əməyinin istismarı, beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi, həmçinin problemlərin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə ilə bağlı təqdimatlar ediblər.
Sonda problemlə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.
Ç.Bəhərçinli

Şərh Yaz