Rəsm müsabiqəsi

İsmayıllı rayonunda epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə Binəqədi rayonunda uğurla həyata keçirilən “Təmiz Binəqədi” layihəsinin təcrübəsinə əsaslanaraq İsmayıllı rayonu ərazisində 2014-cü ilin avqust ayının 1-dən “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsi start götürüb.
Rəsm müsabiqəsiRəsm müsabiqəsi

Layihə çərçivəsində “Foto”, “Rəsm”, “Tullantıdan sənətkarlığa”, “Ən yaxşı yazılan plakat” müsabiqələrinin təşkil edilməsi nəzərdə tutulub.
Həmin müsabiqələr sırasında yer alan rəsm müsabiqəsi İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə artıq baş tutub. Müsabiqəyə Fazil Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbinin 10 nəfər həvəskar yeniyetmə və gənc rəssamı qoşulub.
21 avqust 2014-cü il tarixdə baş tutan müsabiqədə rəssamlar maraqlı əl işləri ilə seçiliblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz