Hamını sevindirən xəbər


İsmayıllı təhsildə qazandığı uğurlarına görə respublikada öncüllər sırasındadır. Şagirdlərimiz hər il yüksək nəticələr göstərərək ali təhsil ocaqlarına qəbul olurlar. Bu gün isə qısa da olsa İsmayıllı təhsilinin simasında bir sinfin uğurlarından söz açmaq istəyirik.
Hamını sevindirən xəbər

İsmayıllı təhsildə qazandığı uğurlarına görə respublikada öncüllər sırasındadır. Şagirdlərimiz hər il yüksək nəticələr göstərərək ali təhsil ocaqlarına qəbul olurlar. Bu gün isə qısa da olsa İsmayıllı təhsilinin simasında bir sinfin uğurlarından söz açmaq istəyirik.
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin XI “b” sinif məzunlarının hər biri qəbul imtahanlarında uğurlu nəticə göstərərək ölkənin ali təhsil ocaqlarına və orta ixtisas təhsili müəssisələrinə qəbul olunublar.
Şagirdlərin nəticələri aşağıdakı kimi sıralanıb:
Ləman Abbasova – 682, Şəhla Abdullayeva – 674, Mələk Babayeva – 653, Aytac Əliyeva – 582, Kamalə Şükürova – 580, Aybəniz Bədəlova – 487, Qızbəs Alızadə – 484, Aytac Dadaşova – 469, Fənusə Səlimli – 430, Sona Salehova – 403, Səxavət Mirzəliyev – 382, Günel Alıhüseynli – 381, Aytən Məmmədli – 380, Nazxanım Gənciyeva – 294, Zümzümə İbrahimli – 267, Səadət Babayeva – 263, Şahlar Şahlarlı – 180, Sürəyya Rəhimli – 167, Firuz Səfərov – 161, Aytac Alışova – 100, Günay Dadaşova – 93 bal.
Bundan əlavə, bu sinifdən iki şagird bir il öncə digər sinfə köçürülsə də uğurlarına bünövrəni XI “b” sinfində qoyublar. Pərvin Əliyev – 633, Sənan Şahalıyev – 432 bal toplayaraq yüksək nəticələr göstəriblər. Bütün bu uğurlara görə ilk növbədə məzunların özünü, məktəb rəhbərliyini, xüsusən də yetirmələri üçün kifayət qədər zəhmət və qayğıkeşlik nümayiş etdirən sinif rəhbəri Nailə Abdullayevanı təbrik edirik! Məzunların hər birinə təhsildə və müstəqil həyatda uğurlar arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz