Heydər Əliyev Mərkəzi bu gün

İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi operativ iş aparmaqda davam edir. Mərkəz 2014-cü iş ilində ölkə və ölkədən kənar idarə və təşkilatlarla, muzeylərlə, universitetlərlə iş birliyi qurmuş, birlikdə müxtəlif tədbirlərin təşkil edilməsi, sərgilərin keçirilməsi üçün dəvətlər almışdır.
Heydər Əliyev Mərkəzi  bu gün
Heydər Əliyev Mərkəzi bu gün

İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi operativ iş aparmaqda davam edir. Mərkəz 2014-cü iş ilində ölkə və ölkədən kənar idarə və təşkilatlarla, muzeylərlə, universitetlərlə iş birliyi qurmuş, birlikdə müxtəlif tədbirlərin təşkil edilməsi, sərgilərin keçirilməsi üçün dəvətlər almışdır.
Heydər Əliyev Mərkəzi  bu gün
Biz, Heydər Əliyev Mərkəzi “Bacarıqlı Əllər Dünyası” İctimai birliyi ilə rayonumuzun qədim tarixini bu günkü və gələcək nəsillərə çatdırmaq məqsədilə əməkdaşlıq edirik. Məramımız milli ornamentlərin və dəyərlərin qorunması və təbliği məqsədilə birgə əlaqələr qurub tədbirlər keçirmək, sərgilər təşkil etmək, broşur və bukletlər hazırlamaq, fiziki və əqli qüsurlu insanların cəmiyyətə inteqrasiyasına kömək etməkdir. Hal-hazırda Azərbaycan İstiqlal Muzeyi ilə də əməkdaşlıq aparılır, həmin muzeydə tarixi günlərə həsr edilmiş tədbirlərdə Mərkəzin nəzdində fəaliyyət göstərən rəssamlıq dərnəyinin fəal şagirdlərinin əl işlərinin nümayişi nəzərdə tutulur. Həmin sərgilərdən biri və birincisinin bu il keçiriləcək 18 oktyabr Milli Müstəqillik Günü ilə əlaqədar tədbirdə baş tutulacağı gözlənilir, bunun üçün dəvət də alınmışdır. Mərkəz həmçinin, beynəlxalq əlaqələrə də imza atmışdır. Belə ki, cari ilin iyun ayında Türkiyənin Sakarya Universiteti tərəfindən “Uluslararası Tarih Eğitim Sempoziyum” una dəvət almışıq.
Mərkəzdə fəaliyyət göstərən kursların sırasına rus dili və məktəbəqədər hazırlıq kursları da əlavə olunmuşdur.
Hazırki günümüzdə 19 aprel 2014-cü il tarixində yaradılmış “Heydər Əliyev – İsmayıllı” adlı tədqiqat qrupunun da işləri uğurla davam etdirilir və yaxın zamanda yekunlaşdırılması planlaşdırılır.
Bu il, həmçinin, Heydər Əliyev Mərkəzinin rəsmi saytı (irhe-merkez.cf) və logosu da yaradıldı ki, Mərkəzdə görülən işlər barəsində həmin saytda və sosial şəbəkələrdə, mütəmadi olaraq, məlumatlar yerləşdirilir.
Ş. Hacıyeva,
Mərkəzin direktoru

Şərh Yaz