Basqala diqqət və qayğı artır

Tarixçilərin fikrincə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri, sənətkarları, ziyalıları ilə çox məşhur olub.
Basqal qəsəbəsi 1931-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın “Qalabaşı” məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının izləri bu günədək qalmaqdadır.
553 təsərrüfatda 1532 nəfər qeydiyyatdadır. Qəsəbədə 750 ev olmasına baxmayaraq 309 təsərrüfat mövcuddur. Hazırda qəsəbədə 984 nəfər yaşayır, onlardan 424 nəfəri təqaüdçüdür.

Basqala diqqət və qayğı artırBasqala diqqət və qayğı artır

Tarixçilərin fikrincə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri, sənətkarları, ziyalıları ilə çox məşhur olub.
Basqal qəsəbəsi 1931-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın “Qalabaşı” məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının izləri bu günədək qalmaqdadır.
553 təsərrüfatda 1532 nəfər qeydiyyatdadır. Qəsəbədə 750 ev olmasına baxmayaraq 309 təsərrüfat mövcuddur. Hazırda qəsəbədə 984 nəfər yaşayır, onlardan 424 nəfəri təqaüdçüdür.
Basqala diqqət və qayğı artır
Qədim tarixi özündə indi də qoruyub saxlayan, gələcək nəsillərə ötürən Basqal qəsəbəsinə ölkə və rayon rəhbərliyi tərəfindən yüksək diqqət və qayğı var. Bu tarixi məkan turizmin inkişaf etdirilməsi üçün əlverişli yerdir. 2015-2018-ci illər üçün qəsəbənin əsaslı şəkildə bərpası planlaşdırılıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ərazidəki mövcud vəziyyətlə tanışlıq üçün avqust ayının 6-da qəsəbə sakinləri ilə səyyar qəbul-görüş keçirib. İcra başçısı sakinləri fərdi şəkildə qəbul edərək problemlərini dinləyib.
Məişətdə mavi yanacağa əsasən qış aylarında ehtiyac çoxalsa da, suya olan tələbat gündəlikdir.
Qəbulda fərdi müraciətlərlə yanaşı qəsəbənin mavi yanacaqla təminatı, ərazinin içməli su təchizatı, təmiz saxlanması, normal gərginlikdə elektrik enerjisinin verilməsi kimi mühüm məsələlərə toxunulub. Müraciətlərdə məktəbin, məktəb küçəsinin, yaradıcılıq evinin əsaslı təmir edilməsi, qəsəbədəki tarix-memarlıq abidələrinin bərpası məsələsi də öz əksini tapıb.
Məlumat üçün bildirək ki, Basqal qəsəbəsinin ərazisi Dövlət-Tarix Mədəniyyət qoruğu olduğundan abidələrin bərpası işi Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmalıdır. Məsələnin bu cür olması, abidələrin bərpası işində müəyyən problemlər, ləngimələr yaradır.
İcra başçısına müraciət edən yaşlı nəslin nümayəndələri Basqal bələdiyyəsinə yeni perspektiv inkişaf fondu torpaqlarının ayrılmasını xahiş ediblər. Bildiriblər ki, bu addım gənclərin ata-baba yurdlarına bağlılıqlarını təmin edər.
Sonda RİH başçısı qəsəbə sakinlərini narahat edən problemlərin həlli ilə bağlı xidmət idarələrinin nümayəndələrinə tapşırıqlar verib, bəzi məsələlərə diqqət yetirilməsi üçün aidiyyəti təşkilatlara müraciət olunacağını söyləyib.
Ş.Soltanov

Şərh Yaz