Yaddas kitabcasi

20 ilin yolçuluğu

Gənclərimiz fəal həyat mövqeyi nümayiş etdirirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük qüvvə kimi baxdığı, təşkilatlandırdığı, fəaliyyətini ölkənin sosial-iqtisadi inkişafına yönəltdiyi Azərbaycan Gənclərinin VII Forumu 2 iyun 2014-cü il tarixdə keçirilmişdir. Forumdan ötən üç il müddətində Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi sahəsində görülən işlərdən plenar iclasda ətraflı danışılmış, növbəti vəzifələr şərh edilmişdir

20 ilin yolçuluğu20 ilin yolçuluğu

1994-cü il iyul ayının 26-da ümummilli liderimiz Heydər Əliyev dövlət gənclər və idman siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün Nazirliyin yaranması barədə sərəncam verdi.

Gənclərimiz fəal həyat mövqeyi nümayiş etdirirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük qüvvə kimi baxdığı, təşkilatlandırdığı, fəaliyyətini ölkənin sosial-iqtisadi inkişafına yönəltdiyi Azərbaycan Gənclərinin VII Forumu 2 iyun 2014-cü il tarixdə keçirilmişdir. Forumdan ötən üç il müddətində Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi sahəsində görülən işlərdən plenar iclasda ətraflı danışılmış, növbəti vəzifələr şərh edilmişdir
20 ilin yolçuluğu
Forumun nəticəsi olaraq bir daha yəqin edildi ki, dövlət gənclər siyasətinin həyata keçirilməsində əldə edilən uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə gəncliyini, bu böyük qüvvəni böyük amallar, böyük proqramların icrası, ölkənin sosial-iqtisadi yüksəlişi üçün səfərbər etməsinin nəticəsidir
Biz də bu istiqamətdə növbəti vəzifələrimizi daha dəqiq müəyyənləşdirmək üçün bir daha Azərbaycan gənclər siyasətinin ən yaxın tarixinə çox qısa bir nəzər yetirməliyik.
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü il 15 iyunda yenidən Azərbaycanı idarə etmək məsuliyyətini üzərinə götürəndə ölkə gəncliyi dağınıq halda idi, birliyi yox idi, vahid məqsəd uğrunda bir araya gətirilməmişdi. Hər hansı bir təşkilatda deyildi. Ulu öndərin böyüklüyü burada da özünü göstərdi. 26 iyul 1994-cü ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yaradıldı. 2 fevral 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirildi. 1997-ci ildən başlayaraq 2 fevral Gənclər Günü kimi bayram edilir. 3 ildən bir gənclər forumu keçirilir.
Bu gün biz növbəti vəzifələrimizi müəyyənləşdirməklə yanaşı, həm də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 20 illiyini bayram etməyə toplaşmışıq. 1994-cü il iyul ayının 26-da ümummilli liderimiz Heydər Əliyev dövlət gənclər və idman siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün Nazirliyin yaranması barədə sərəncam verdi. Azərbaycan gəncliyinin həyatına yeni, mütəşəkkil, müasir istiqamət verən Ulu öndərin bu sahədəki siyasəti prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.
VII forumun nəticələri baxımından İsmayıllıda gənclər siyasəti və idman sahəsində aparılan işlərə diqqət yetirdikdə yüksək nailiyyətləri görürük. Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov rayon gənclərini bir araya gətirdi, onların ideya, məqsəd, fəaliyyət birliyini yaratdı. Yeni iş yerlərinə daha çox gənclər qəbul olunur. 2013-cü ilin aprel ayında keçirilən əmək yarmarkasına 440 iş yeri çıxarılmışdı. 170 nəfərdən çox iş axtaran yarmarkadan işləmək üçün göndəriş aldı. Onların çoxu gənclər idi. Sonrakı əmək yarmarkalarında da bu meyl davam etdirildi. Rayon gənclərinin elm tutumlu sahələrə, müxtəlif layihələrin müzakirəsinə, ingilis dili və digər kurslara cəlb edilməsinə, kadr ehtiyyatı baxımından onlara istinad edilməsinə çox böyük dəyər verilir. Gənclərə belə obyektiv, ədalətli yanaşma ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Rayon İcra Hakimiyyəti aparatının gəncləşməsi gənclərə etibarın, etimadın nəticəsi kimi qiymətləndirilir.
Rayona qaynar tələbə-gənclik həyatı gətirən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin açılmasına razılıq verdiyi üçün İsmayıllı gəncləri cənab İlham Əliyevə ürəkdən minnətdarlıqlarını bildirirlər.
2013 və 2014-cü ilin ötən 6 ayını nəzərdən keçirdikdə hamılıqla şahid oluruq ki, gənclərlə işlədikdə, onları düzgün istiqamətləndirdikdə, inkişafına dəstək durduqda nəticələr də yüksək olur. İngilis dili, dizayner və başqa mövzularda kursların açılması, oraya bir qayda olaraq gənclərin cəlb edilməsi ümumilikdə rayonda mənəvi mühitin saflaşmasına, intellektual səviyyənin yüksəlməsinə, sosial fəallığın artmasına xidmət edir. Kursun nəticəsi olaraq formalaşmış innovasiya qrupu indi bir çox tədbirlərin təşkilatçısı və icraçısı kimi çıxış edir.
Rayon Gənclər və İdman İdarəsi də öz növbəsində bu qrupla sıx əlaqədə işləyir, tədbirlərində, müxtəlif layihələrin icrasında fəal gənclərə istinad edir.
Bu gün səmərəli işləmək və gənclik həyatının müxtəlif istiqamətlərində uğurlar qazanmaq ona görə mümkün olur ki, rayon İcra hakimiyyətinin rəhbərliyi Gənclər və İdman İdarəsinin fəaliyyətinə hərtərəfli yardımçı olur. Bunun sübutu üçün çoxsaylı nümunələrdən birini qeyd etmək istərdim.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ayrı-ayrı idman növlərinin təşkili və inkişafını təmin etmək üçün sərəncam vermişdir. Bu sərəncama əsasən fiziki şəxslər idman bölmələrinə hami təyin edilmiş və həmin sahənin idarə edilməsi üçün şuralar yaradılması barədə tapşırıq vermişdir. Sərəncam müvəffəqiyyətlə icra olunur.
Rayon Gənclər və İdman İdarəsi öz işini qarşılıqlı əməkdaşlıq şəraitində, edilən hərtərəfli kömək əsasında daha yaxşı qurmağa çalışır. 2014-cü ilin ötən 6 ayında 33 tədbir keçirilib. Onlardan 22-si rayon, 5-i zona, 6-sı respublika miqyaslı olmuşdur. Bu tədbirlər 11 min 400 nəfər gənci əhatə etmişdir.
Hərbi vətənpərvərlik tərbiyəsinə xidmət edən, yüksək ideya-siyasi əhəmiyyət daşıyan tədbirlərə üstünlük verilmişdir.
Bədii-əyləncəli, intellektual oyunlar, hərbi-idman və turizm oyunları əhatəliliyi, məzmunu və təşkili baxımından daha fərqli olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş inşa yazı müsabiqəsi, dəyirmi masa arxasında söhbətlər maraqlı və məzmunlu olmuşdur. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Peşə Tədris Mərkəzi bu tədbirlərdə Gənclər və İdman İdarəsi ilə birgə olmuşdur.
Rayonun Bələdiyyə futbol komandalarının həmin tarixi günə həsr olunmuş turnirin keçirilməsi böyük futbolun canlanmasına təkan vermişdir. İsmayıllı bələdiyyəsinin turnirə 2 komanda çıxarması, onun təşkilinə fəal yardımçı olması gənc idmançıların diqqətindən kənarda qalmamışdır.
Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Mirdaməd Sadıqov final oyununu izləmiş, birinci yeri tutmuş İsmayıllı komandasına kuboku və hədiyyələri təqdim etmişdir. Hacıhətəmli kəndində də futbola daha yaxşı marağın olduğunu demək yerinə düşərdi.
Ümummilli liderin doğum gününə həsr olunmuş yeniyetmə və gənclərin spartakidadasının təşkili, 12 idman növü üzrə rayon Gənclər və İdman İdarəsinin rayon Olimpiya-İdman Kompleksi və Təhsil Şöbəsi ilə birgə yarışları mütəşəkkil keçirməsi, idmanın kütləviliyinin artması baxımından əhəmiyyətli olmuşdur.
Elmi tutumlu sahələrin tədricən rayona gətirilməsi, gənclərin elmi səviyyəsinə diqqət yetirilməsi, ixtisaslara daha dərindən yiyələnməsi üçün şərait yaradılması gənclərimizin düşüncə fəallığını, intellektual oyunlara marağını artırmışdır. May ayının 7-də İsmayıllının 10 nəfərdən ibarət komandası Azərbaycan Televiziyası ilə yayımlanan “Mən Azərbaycanlıyam!” milli intellektual bilik yarışmasında iştirak etmişdir. Şəhər 3 nömrəli tam orta məktəbinin şagirdi İlkin Hüseynov İsmayıllını hamıdan yaxşı tanıdığını sübut edərək, birinci yerə çıxmışdır.
20 ilin yolçuluğu
“Xəmsə” milli intellektual oyunlarının Kürdəmirdə keçirilən zona birinciliyində rayonumuzun komandası ikinci yeri tutmuşdur.
Bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə minnətdar olaraq qeyd etməliyik ki, onun qayğı və diqqəti, yaratdığı şərait əsasında idmançılarımız yeni-yeni qələbələrə çatırlar. Bunların bir neçəsinə diqqətinizi cəlb etmək istərdim.
10-16 aprel 2014-cü il tarixlərdə Portuqaliyanın Vaqos şəhərində Çoxmübarizəli İdman Döyüş Növləri üzrə keçirilən yarışda 4 min idmançı sırasında bizim idmançımız Vüsal Abdullazadə ikinci yerə çıxmışdır. Toğrul Şahlarlı qol güləşi, Tuncay Əliyev ÇİDN və polis çavuşu Kamil Qafarov Poverliftinq üzrə Avropa çempionu titulunu qazanmış, bayraqlar sırasında Azərbaycan bayrağını ən yüksəyə qaldırmışlar. Respublika və beynəlxalq yarışlarda cüdoçularımız da yüksək nailiyyətlər göstərmişlər. Belə ki 03-06 fevral 2014-cü il tarixlərdə Bakıda yeniyetmələr arasında cüdo üzrə Zəhra Mehdiyeva I yerə, Nərmin Abdullayeva II yerə, Günel Əhmədova III yerə layiq görülmüşlər. 17-20 fevral 2014-cü il tarixlərdə Bakıda 21 yaşa qədər oğlanlar və qızlar arasında cüdo üzrə Azərbaycan birinciliyində Günel Həsənli I yerə layiq görülmüşdür. 18-20 iyun 2014-cü il tarixlərdə Türkiyənin Sakarya şəhərində İpsis Rəcəbin xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnirdə İsmayıl İsmayılov II yerə layiq görülmüşdür. Gənc yanğınsöndürən və xilasedici komandalarının Qəbələdə keçirilən Respublika yarışında 6 nömrəli tam orta məktəbinin komandasının II yer tutması yeni uğurlar sırasına daxil olmuşdur. Bu işdə hərbi xidmətə çağırışaqədərki fənn müəllimi Əsgər Manafovun fəallığını qeyd etmək lazımdır.
Bütün bu müvəffəqiyyətlərlə yanaşı, gənclərin böyük bir hissəsi hələ gözləmə mövqeyindədir. Çox şeyi hazır istəyirlər, rayonun ehtiyacı olan ixtisaslara yiyələnməkdə fəalllıq göstərmirlər. İşsiz gənclərimizin sayı çox olsa da, yeni tikintilərə, əsaslı təmir olunan obyektlərə başqa yerlərdən işçi qüvvəsi cəlb olunur. İsmayıllıda gedən möhtəşəm tikinti, abadlıq, quruculuq işlərində iştirakımız zəif olmaqla yanaşı, görülən işlərin, həyata keçirilən tədbirlərin təbliğində də gənclərin iştirakı az hiss olunur. Sosial şəbəkələrdə yeniyikləri görmək, təqdir və təbliğ etmək, qiymətləndirmək baxımından gənclərimizin daha fəal iştirakına ehtiyac vardır.
Əsl vətəndaş, vətənpərvər gənclər tərbiyə etməkdə qarşıda duran vəzifələrin icrası rayon Gənclər və İdman İdarəsindən, Rayon Təhsil Şöbəsindən və digər aid təşkilatlardan daha fəal mövqe tutmağı tələb edir. 2014-cü ildə keçirilən hərbi-idman oyunlarında rayonumuzun komandasının qaliblər sırasında olmaması işimizdə olan nöqsanlardan biridir.
Bir çox məsələlərdə rayon Hərbi Komissarlığı, Təhsil Şöbəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, rayon Mədəniyyət və Turizm Şöbəsi, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimayi birliyinin İsmayıllı rayon şöbəsi, Gənclərin Anti-Narkomaniya ictimai birliyi ilə birgə əməkdaşlıq şəraitində işləyirik.
Qeyd etdiyim kimi, əgər hərbi-idman oyunlarında yer tutmuruqsa, müsabiqədə mükafatlı yerə çatmırıqsa, erkən evlənmələr davam edirsə, bu əməkdaşlığın hələ də zəif olduğunu deməkdə haqlıyıq.
Yeniyetmə və gənclərin məktəbdə, sosial həyatda, ailədə, böyük-kiçik münasibətlərində davranışlarını, danışıq və müraciət tərzini müşahidə etdikdə bir vacib həqiqəti yenidən dərk edirik.
Hamımıza yaxşı məlumdur ki, nəqliyyatda qayda pozanların, inzibati xətalar törədənlərin əksər hissəsi gənclərdir. Gənclər, təhsil və mədəniyyət təşkilatları, ailələr gözləyirlər ki, bu barədə tədbiri hüquq mühafizə orqanları görsün. Çox təəssüf ki, bu fikrə düşməklə öz məsuliyyətimizi unutmuş oluruq. Düşünürəm ki, unutqanlıq bura qədər bəsdir. Yetişən nəslin tərbiyəsində üzərimizə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməliyik.
İnsan şəxsiyyətinin formalaşmasının çox istiqamətləri vardır. O istiqamətlər üzrə ayrı-ayrılıqda yox, birgə getməliyik ki, nəticələr yüksək olsun. Bunun üçün indi rayonda imkan və şərait var.
Əminliklə bildirirəm ki, tənqidi mövqedən yanaşdığım məsələləri birgə qüvvə əsasında uğurla həll edəcəyik. Yeniyetmə və gənclərlə aparılan işlər rayonun sosial-iqtisadi inkişafı səviyyəsinə çatacaqdır.
Taleh Salehov,
İsmayıllı Gİİ-nin rəisi

Şərh Yaz