Yaddas kitabcasi

Binəqədi gəncləri İsmayıllıda

2 avqust 2014-cü il tarixdə Binəqədi gənclərindən bir qrupu İsmayıllı rayonuna səfərə gəlib. Gənclərlə birgə rayonumuza gələn Binəqədi YAP rayon təşkilatının sədri Ramiz Göyüşov, Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və Binəqədi YAP RT-nın aparat rəhbəri Qabil Qafarov gənclərin səfərinə rəhbərlik ediblər. Nümayəndə heyəti 45 nəfərdən ibarət olub.
Binəqədi gəncləri İsmayıllıdaBinəqədi gəncləri İsmayıllıda

2 avqust 2014-cü il tarixdə Binəqədi gənclərindən bir qrupu İsmayıllı rayonuna səfərə gəlib. Gənclərlə birgə rayonumuza gələn Binəqədi YAP rayon təşkilatının sədri Ramiz Göyüşov, Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və Binəqədi YAP RT-nın aparat rəhbəri Qabil Qafarov gənclərin səfərinə rəhbərlik ediblər. Nümayəndə heyəti 45 nəfərdən ibarət olub.
Binəqədi gəncləri İsmayıllıda
İsmayıllı tərəfindən qonaqları İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı YAP-nın RT-nın aparat rəhbəri Anar Nəbiyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun fəal gəncləri qarşılayıblar.
Nümayəndə heyəti əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər qoyub. Sonra Heydər Əliyev Parkında yerləşən Gənclərin Karyera Mərkəzi, Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Görüş Heydər Əliyev Mərkəzində davam etdirilib. Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun salamlarını nümayəndə heyətinə çatdırıb. Binəqədi YAP rayon təşkilatının sədri Ramiz Göyüşov da öz növbəsində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun salamlarını İsmayıllı gənclərinə yetirib. İsmayıllı gəncləri ilə Binəqədi gəncləri arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu İsmayıllı tərəfindən Taleh Salehov, Binəqədi tərəfindən isə Qüdsi Bayramov imzalayıblar. Nümayəndə heyətləri bir-birinə hədiyyələr təqdim ediblər.
Sonda gənclər İsmayıllının səfalı yerlərindən olan Basqal qəsəbəsinə gəzintiyə gediblər. Səfərdən razılıq edən Binəqədi gəncləri birgə layihələrin icrası üçün tədbirlər müəyyənləşdiriblər.
Şövqi Əhmədov

Şərh Yaz