Hakimiyyətlə xalqın məqsədi birdir

Şəhid ruhları bizi qələbəyə səsləyir. Yağı düşmən susdurulacaq, intiqamımız alınacaq.

Bu fikirlər YAP İsmayıllı rayon təşkilatının Rayon Mərkəzi Xəstəxanası ilk partiya təşkilatında qadın YAP fəallarla keçirdiyi tədbirdə sənsləndirilib.
Hakimiyyətlə xalqın məqsədi birdirHakimiyyətlə xalqın məqsədi birdir
Hakimiyyətlə xalqın məqsədi birdir
Şəhid ruhları bizi qələbəyə səsləyir. Yağı düşmən susdurulacaq, intiqamımız alınacaq.

Bu fikirlər YAP İsmayıllı rayon təşkilatının Rayon Mərkəzi Xəstəxanası ilk partiya təşkilatında qadın YAP fəallarla keçirdiyi tədbirdə sənsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatının sədri Əzizə Vahabova son günlərdə işğalçı, bəd niyyətlərini intensiv davam etdirən erməni kəşfiyyat-təxribat qruplarının Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimizin mövqelərinə dəfələrlə basqın etməsini qeyd etmiş, nəticədə, Milli Ordumuzun 13 nəfər hərbi qulluqçusunun düşmənə ciddi müqavimət göstərərək, qəhrəmancasına döyüşmələrindən və vətənin ərazi bütövlüyü uğrunda şəhid olmalarından danışmışdır. Dövlətimizin, ordumuzun gücündən və qüdrətindən söz açan Ə.Vahabova şəhidlərimizə Allahdan rəhmət diləyib, rayon təşkilatı adından şəhidlərimizin valideyinlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara səbr diləyib. Bu ağır itkilər üçün soydaşlarımızın dərindən kədərləndirdiyini bildirib. O, həmçinin vətən torpaqlarının azadlığı və bütövlüyü uğrunda şəhid olmuş Azərbaycan övladlarının qanının yerdə qalmayacağına, düşməndən qisas alınacağına ümidvar olduğunu söyləyib.
Tədbirdə çıxış edən Dursun İsmayılova, Təranə Orucova, Ülviyyə Məmmədova və başqaları cəbhə bölgəsində Milli Ordumuzun əsgər və zabitlərinin mənfur düşmənlə döyüşdə, həlak olmasından kədərləndiklərini bildirməklə yanaşı, ölkə Prezidentinin ciddi səyləri nəticəsində güclü ordumuzun formalaşdığını, müasir silah və texnikaya malik olduğunu, döyüş potensialının daha da yüksəldiyini qeyd ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanda hakimiyyətlə xalqın məqsədi birdir. Hamı Prezidentin ətrafında sıx birləşib. Bu birliyi heç bir qüvvə sarsıda bilməz.

Partiya təşkilatlarında ideoloji işin prioritetləri
Hakimiyyətlə xalqın məqsədi birdir
Bu günlərdə YAP İsmayıllı rayon təşkilatının partiya qərargahında ərazi ilk partiya təşkilatları sədrlərinin, Qadınlar Şurası və Gənclər Birliyi idarə heyəti üzvlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova partiya təşkilatlarında ideoloji işin əsas prioritetləri lə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Ə.Vahabova bildirib ki, bu prinsiplər ulu öndər Heydər Əliyev dühasından qaynaqlanır. 20-ci yüzilliyin ən böyük dahisi, bəşəriyyətə və xalqımıza ulu Tanrının bəxş etdiyi parlaq şəxsiyyət və zəka sahibi Heydər Əliyevin uzaqgörənliklə hazırladığı yol – Azərbaycanın alternativsiz inkişaf strategiyası dövlətçiliyimizin ideoloji-siyasi əsaslarını müəyyən edən konsepsiyadır.
Bu mükəmməl konsepsiya dövlət müstəqilliyinin dönməzliyini, sarsılmazlığını, əbədiyaşarlığını təmin etməklə yanaşı, xalqın və dövlətin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini özündə ehtiva edir. Bu siyasi kurs yalnız sosial-iqtisadi mahiyyət daşımır, eyni zamanda siyasi sistemin təkmilləşdirilməsində, müasirləşdirilməsində, modernləşdirilməsində müstəsna rol oynayır.
Davamlı inkişaf kursunu dəstəkləyən sağlam qüvvələrin xüsusi çəkisi artmaqdadır. Bu sağlam siyasi qüvvələr artıq ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası ilə ölkədə gedən ictimai-siyasi proseslərdə etibarlı tərəfdaş kimi birgə fəaliyyət göstərir, ulu öndərin ideallarına sadiqlik nümayiş etdirirlər.
Möhtərəm prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, “Bu gün qarşıda duran ən mühüm strateji məqsəd Azərbaycanı dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı ölkələri səviyyəsinə yüksəltməkdir”.
Tədbirdə çıxış edənlər – Şura üzvləri Murad Həbibov, Ədalət Göyüşov, Qadınlar Şurasının sədri müavini Gülnar Mikayılova, Qadınlar Şurasının üzvü Ruziyə Çələbiyeva və başqaları qeyd ediblər ki, ərazi ilk partiya təşkilatları, Qadınlar Şurası və Gənclər Birliyi əhalinin bütün təbəqələri ilə daha çox təmasda olmalı, Ulu öndərin ideyalarını, onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davamı sayəsində ölkə həyatının bütün sahələrində qazanılan naliyyətləri, quruculuq işlərini, milli-mənəvi və ümumbəşəri dəyərləri özündə əks etdirən Azərbaycançılıq və vətənçilik məfkurəsinin mahiyyətini, sosial ədalət prinsiplərinin bərqərar olması istiqamətində atılan addımları ictimaiyyətə geniş miqyasda çatdırmağa daha çox diqqət yetirməlidirlər.
R.Qasımov

Şərh Yaz