Gənclərin intellektual inkişafı üçün

12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi rayonun ictimai siyasi həyatında fəal iştirak edən gənclərlə birlikdə Heydər Əliyev adına parkda tədbir keçirib.
Son günlərdə erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində həlak olan hərbiçilərin, eləcə də ərazi bütövlüyü uğrunda şəhid olmuş gənclərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclərin intellektual inkişafı üçünGənclərin intellektual inkişafı üçün

12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi rayonun ictimai siyasi həyatında fəal iştirak edən gənclərlə birlikdə Heydər Əliyev adına parkda tədbir keçirib.
Son günlərdə erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində həlak olan hərbiçilərin, eləcə də ərazi bütövlüyü uğrunda şəhid olmuş gənclərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclərin intellektual inkişafı üçün
Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov açaraq, gəncləri bayram münasibətilə təbrik edib, ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən sonra Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması, Dövlət gənclər siyasəti konsepsiyasının qəbul edilməsi kimi mühüm addımların atılmasını Azərbaycan Gəncliyinə diqqət və qayğının təzahürü kimi dəyərləndirib. Ulu öndərin siyasi varisi cənab İlham Əliyevin də gənclərə böyük önəm verməsini, etimad və qayğı göstərməsini, bunun nəticəsində ölkə gənclərinin beynəlxalq idman yarışlarında, müsabiqə və festivallarda ölkəmizi layiqincə təmsil etmələrini vurğulayıb.
Çıxış edən fəallar Azərbaycan gəncliyinə göstərilən yüksək qayğı və etimad, gənclərimizin müxtəlif sahələrdə qazandıqları uğurlar barədə söhbət açıblar. İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun rayon gənclərini fəal mövqeyə gətirməsini, gəncləri qarşıya qoyulan vəzifələrin icrasına səfərbər etməsini xüsusi vurğulayıblar. Yeniyetmə və gənclərin intellektual inkişafı üçün geniş imkanlar açılmasından razılıqla danışıblar.
T.Məhərrəmov

Şərh Yaz