İctimai fəallığa təsir göstərəcək

İsmayıllı rayonunda gedən sosial-iqtisadi inkişafla bərabər yeni düşüncə tərzinin formalaşdırılması istiqamətində atılan addımlarda əməli fəaliyyət payı olmasını müəyyənləşdirən İsmayıllı ziyalılarından bir qrupu “İsmayıllı Yazarları” ədəbi ictimai birliyini yaratmaq qərarına gəlib. Yaradılması zəruri hesab olunan ictimai birliyin Dövlət qeydiyyatına alınması üçün rayon rəhbərliyinin dəstək məktubunun da müəyyən rolu var. Birliyi yaratmaq fikrində olan ziyalıların xahişini nəzərə alan İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov avqust ayının 8-də bir qrup rayon yazarı ilə görüşüb. Başçı ideoloji işin təşkilində yazar ziyalıların böyük rol oynaya biləcəyini xüsusilə qeyd edib və “İsmayıllıYazarları” Ədəbi İctimai Birliyi yaradılması ideyasını dəstəkləyib.
İctimai fəallığa təsir göstərəcəkİctimai fəallığa təsir göstərəcək

Birliyin qeydiyyata alınması üçün tələb olunan sənədlər hazırlandığı mərhələdə yaradılacaq ictimai təşkilatla yaxından tanışlıq məqsədilə M.Sadıqov həmin ziyalılardan bir qrupu ilə həmsöhbət olub, ideyanı bəyəndiyini söyləyib və birliyin rayondakı ziyalıların bir yerə cəmləşməsində, ideoloji işin canlanmasında mühüm rol oynayacağına, rayon ziyalılarının ictimai fəallığının artırılmasına təsir göstərəcəyinə ümidvar olduğunu qeyd edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz