Hər birimizin xeyrinə olar

Bu qeydlərimlə kiməsə öyüd-nəsihət vermək fikrində deyiləm. İstəyim odur ki, maraqlanan oxucularla həmsöhbət olum. Bəzi həqiqətləri birgə üzə çıxaraq. Birgə düşünək, hadisələrə, məsələlərə obyektiv qiymət verək. Haqqı nahaqqın ayağına verməyək. Şeytani əməllərdən uzaq olaq. Yazıyla əlaqədar ümummilli liderimiz Heydər Əliyevin “Seçilmiş fikirləri”nə müraciət etdim. Mənəvi tərbiyə haqqında bölmədə aşağıdakı sözləri bütün varlığımla qəbul edərək yazım üçün əsas götürdüm. Ulu öndər demişdir:- “Bu xəstəlik, yəni bir-birinə mane olmaq, bir-birinə zərər vurmaq, bir vəzifəni tutmaqdan ötəri həmin vəzifədə olan adamın ayağının altını qazımaq xəstəliyi bizdə keçmişdə də olubdur, təəssüf ki, sonralar da olubdur.” İndi də davam etdiyini başqaları kimi mən də görürəm. Şər-böhtan yazmaqdan, əldə qələm formasında külüng tutub ayaq altı qazımaqdan əlləri qabar olan, yolunu azmaqdan, düz işləri pozmaqdan zövq alan adamları siz də tanıyırsınız. Nə yaxşı olardı ki, onlar da özlərini tanıyaydı.Hər birimizin xeyrinə olar

Bu qeydlərimlə kiməsə öyüd-nəsihət vermək fikrində deyiləm. İstəyim odur ki, maraqlanan oxucularla həmsöhbət olum. Bəzi həqiqətləri birgə üzə çıxaraq. Birgə düşünək, hadisələrə, məsələlərə obyektiv qiymət verək. Haqqı nahaqqın ayağına verməyək. Şeytani əməllərdən uzaq olaq. Yazıyla əlaqədar ümummilli liderimiz Heydər Əliyevin “Seçilmiş fikirləri”nə müraciət etdim. Mənəvi tərbiyə haqqında bölmədə aşağıdakı sözləri bütün varlığımla qəbul edərək yazım üçün əsas götürdüm. Ulu öndər demişdir:- “Bu xəstəlik, yəni bir-birinə mane olmaq, bir-birinə zərər vurmaq, bir vəzifəni tutmaqdan ötəri həmin vəzifədə olan adamın ayağının altını qazımaq xəstəliyi bizdə keçmişdə də olubdur, təəssüf ki, sonralar da olubdur.” İndi də davam etdiyini başqaları kimi mən də görürəm. Şər-böhtan yazmaqdan, əldə qələm formasında külüng tutub ayaq altı qazımaqdan əlləri qabar olan, yolunu azmaqdan, düz işləri pozmaqdan zövq alan adamları siz də tanıyırsınız. Nə yaxşı olardı ki, onlar da özlərini tanıyaydı. Kimliyini dərk edəydi. Goreşənliklə, yaxşı işlərə, yaxşı əməl sahiblərinə, inkişafa, yüksəlişə, yeniliyə ağız büzməklə, hər şeyə qara eynəkdən baxmaqla həyatda nəyəsə çatmaq mümkün deyildir. Həmişə qeyd etdiyim kimi, Allah-Təala tərəfindən biz bir-birimiz üçün yaradılmışıq. Biz bir-birimizin yanında olmalıyıq. Ayrılmaq, tənhalaşmaq düşünən insanlar tərəfindən faciə kimi qəbul olunmalıdır. Bir yerdə olanda, bir-birinin əlindən tutanda daha güclüyük. Bunu ailəmiz də, kəndimiz və rayonumuz da, anamız Azərbaycan da belə tələb edir. Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı:
Od vurmasa qabda su daşa bilməz,
Quş da tək qanadla dağ aşa bilməz.
Kösöyün ikisi çöldə də yanar,
Biri ocaqda da alışa bilməz.
İvanovkada 9-10 il bundan əvvəl inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabatında iştirak edirdim. Yazışma, bir-birindən yersiz narazılıqlar yenicə başlamışdı burada. Çıxış edərkən iclas zalında rəhmətlik Cəfər Güləliyevi gördüm və atası, N.Nikitinlə dost olmuş Ənvər kişi yadıma düşdü. Bu məqamdan istifadə edərkən dedim:- Bir vaxtlar Ənvər kişi ilə Nikitin dost idilər. Bu dostluqdan hər ikisi, xüsusilə İvanovka xeyir tapırdı, qazanırdı. İndi isə yazan da, barəsində yazılan da, kəndiniz də itirir. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində itirdiklərimiz kifayət edər. Gəlin bir-birimizi itkilərə məruz qoymayaq.
Gündəlik rast gəldiyim bəzi yararsız halların gərəksizliyini sübut etmək üçün yenə də ümummilli liderimiz, Beynəlxalq miqyasda özünü, sözünü təsdiq etmiş Heydər Əliyevin kəlamlarına müraciəti vacib bilirəm. O deyirdi:- “Hamı bir boyda ola bilməz, hamının eyni fikri ola bilməz. Fikir müxtəlifliyi təbii hadisədir. Bunu qəbul etmək lazımdır. Başqalarının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır. Amma bu fikir ayrılığını münaqişəyə çevirmək, küsmək, çəkişmək lazım deyil”.
Ulu öndər elə bir dahiyanə fikir deyib ki, onu şərh etməyi özüm üçün qəbahət sanıram. Bu hikməti məslək, əqidə olaraq qəbul etmək, münasibətlərdə, həyat fəaliyyətində, idarəçilikdə, qonşuluqda, ailədə, vətəndaşlıqda ona əsaslanmaq lazımdır. Tək-tək özünü, öz fikrini mütləq haqlı bilənlər sonda müvəffəqlər sırasında özlərinə yer tapa bilmirlər. Belələri həmsöhbətləri tərəfindən müəyyən səbəblərə görə zahirən, üzdə bəzən qəbul olunurlar. Daxilən isə ağıllı insanlar belələrini rədd edirlər. Münaqişəyə, çəkişməyə gedənlər özlərini “qalib” kimi görsələr də, sonda öz əməllərinin nəticəsi olaraq məğlublar cərgəsinə düşürlər.
Həyata baxışı, fəaliyyəti yalnız öz şəxsi və ailə maraqları əsasında qurulan, xeyirxahlıqdan uzaq insanlardan həmişə ziyan gəlib. Xeyirxahlar, milli dəyərlərə sahib insanlar hər kəs tərəfindən məhəbbətlə qəbul olunur.
1972-ci ildə Diyallı kəndində pedaqoji fəaliyyətə başlamışdım. İlk andan xeyirxah, qayğıkeş, həmkarına, onun fikir və düşüncələrinə hörmətlə yanaşan, mənəvi ağsaqqallığı ilə seçilən müəllimlərlə əhatə olundum. Qonşum Məmmədbağır Bağırovun qaynı Sahib Məmmədov raykomun şöbə müdiri idi. Məni qonşum onunla tanış etdi. S.Məmmədov da məni ictimai fəallığa cəlb etdi, rayonda, eyni zamanda raykom katibinə tanıtdı. Bir müddətdən sonra Tamara Hümbətova məni rayon qəzetinə redaktor göndərdi. Xeyirxah insanların sayəsində bu gün də İsmayıllıdayam, dövlət adamları, yaxşı insanlarla bir yerdəyəm.
Şükr edirəm ki, Azərbaycan kimi ölkəm, İsmayıllı kimi bölgəm, siz oxucular kimi dəyərli həmvətənlərim var.
Azərbaycan xalqının ümummilli lideri, xilaskarımız Heydər Əliyevin bu günümüzə və gələcək həyatımıza çox örnək olası, kadr məsələlərində məhək daşı rolunu oynayan aşağıdakı sözlərinə vətəndaş məsuliyyəti ilə yanaşıb, sizin diqqətinizə çatdırmaq istəyirəm: – “Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur”. İddialı adamları siz də görmüsünüz, görürsünüz və yaxşı da tanıyırsınız. Onlar çox lovğa, təkəbbürlü olurlar. Boş dəmir çəlləyə bənzəyirlər. Bunlar da cəmiyyət üçün ziyanlıdır. Təvazökarlıqdan uzaqdırlar, yoldaşlıq, dostluq etməyi bacarmırlar. Eqoizm belələrinə iclasda, işlədiyi kollektivdə, cəmiyyətdə öz yerini tapmaqda mane olur. İddialılar hamının işinə qarışır, hamıya səlahiyyətini aşaraq tapşırıq verməyə cəhd göstərir. Ucadan danışır, bəzən qışqırır, əxlaqdan kənar ifadələr də işlədirlər. Düşünmürlər ki, bu halda onlar bir daha özlərini gözdən salır, hörmət yox, nifrət qazanırlar.
Mətləbi uzatmadan deyim ki, bizim cəmiyyət, rayonumuzda mövcud olan saf mühit belə mənfi keyfiyyətli insanlarla yanaşı addım atmağı heç kimə məsləhət görmür.
Yazıda sitat gətirilən ümummilli liderin üç kəlamındakı keyfiyyətlərdən məhrum adamlar düşünə bilsələr, birinci növbədə özləri üçün, sonra isə cəmiyyət üçün yaxşı olar.
Yolunuz uğurlu, yaxşılığa doğru olsun.
Valeh Salehov,
veteran jurnalist

Şərh Yaz