Onda bütövləşər vicdan

Bir az həqiqətin gözünə baxsaq,
Bir az ağlımızın sözünə baxsaq,
Düşüb yaxşıların izinə hərdən,
Bir az günahlardan durub aralı,
Endirsək günəşi göylərdən yerə
Götürüb buludu əlimiz üstə,
Yuyunsaq leysanlar, yağışlar altda,
Paklığa yol açsaq,düzlüyə meydan,
Onda bütövləşər , bax onda vicdan!

Onda  bütövləşər  vicdanOnda bütövləşər vicdan

Bir az həqiqətin gözünə baxsaq,
Bir az ağlımızın sözünə baxsaq,
Düşüb yaxşıların izinə hərdən,
Bir az günahlardan durub aralı,
Endirsək günəşi göylərdən yerə
Götürüb buludu əlimiz üstə,
Yuyunsaq leysanlar, yağışlar altda,
Paklığa yol açsaq,düzlüyə meydan,
Onda bütövləşər , bax onda vicdan!

Yeddi qat göyləri üzümə açın,
Tapaq çarəsini dərdin, əlacın.
Baş vuraq dəryanın dərinliyinə,
Qovuşaq suyunun sərinliyinə,
Xoş nəğmə oxuyaq ulduza, aya,
Üz tutaq dumduru bulağa, çaya.
Nuru əl uzadıb götürək Aydan,
Onda bütövləşər, bax onda vicdan!

Mən ha demirəm ki, yoxdu əyrilər,
Xəbislər, namərdlər, zatı qeyrilər,
Tapaq onlara da bir çarə, imkan,
Fərqli bir yaşantı, fərqli bir məkan.
Gözünə yaş gəlsin, qəlbinə hicran,
Onda bütövləşər, bax onda vicdan!

Dosta əl uzatsaq, düşmənə güllə,
Bozarmış sifətə tuşlasaq sillə,
Yetimə əl tutsaq, xəstəyə dərman,
Qaçar önümüzdən xəbis, bədgüman.
Açılar sübhümüz, həm sökülər dan,
Onda bütövləşər, bax onda vicdan!

Baharın diliylə oxusaq nəğmə,
Torpaqdan göyərər eşq kəlmə-kəlmə.
Arzular çin olar, istəklər şirin,
Yaxşıya köklənər ruhu bəşərin.
Olmaz dünyamızda pisliklər, şərlər,
Əlimiz öyrəşər düzə, halala,
Dikilər gözümüz gülə – çiçəyə.
Üzümüz ağ olar bəmbəyaz qardan,
Onda bütövləşər, bax onda vicdan!

Dünyanın çox yeri fəlakət, tufan,
Qırğın, müharibə, belədi zaman.
Siyasət oyunu, min bir oyunbaz,
Hiyləgər sifətlər, min bir qumarbaz.
Soyulur Nəsimi yenə Hələbdə,
Qırır bir-birini qardaş “ərəb”də.
Görünmür sifəti şərin, iblisin,
Görünmür niyyəti yaxşının, pisin.
Cavidin sümüyü göynər məzarda
“Alınıb – satılır” kimlər “bazarda”?!
Bax, bu fəlakətlər olmasa olar,
Onda tər çiçəklər qönçəyə dolar.
Dumduru bir bulaq qaynar hər zaman,
Onda bütövləşər, bax, onda vicdan!
Onda xoşbəxt olar, bax, onda insan!

Onda  bütövləşər  vicdan
Murad Məhərrəmov

Şərh Yaz