Ustad xalçaçının 95 illiyi

Gülgəz Seyfalıyeva 1919-cu ildə Qalacıq kəndində dünyaya gəldi, kiçik yaşlarından xalq toxuculuq sənətinin incilərindən olan xalçaçılığa meyl saldı, incə sənəti anasından öyrəndi. Ailə qurmaq yaşına yetəndə həmkəndlisi Daşdəmirə könül verdi. İki qəlbdə yuva salan bir saf məhəbbətin nəticəsi olaraq bir oğul, iki qız dünyaya gəldi.
İkinci dünya müharibəsi başlayanda Daşdəmir müəllim şagirdlərini və öz körpələrini taleyin ümidinə buraxıb döyüşə getdi və bir daha qayıtmadı.

Ustad xalçaçının 95 illiyiUstad xalçaçının 95 illiyi

Ustad xalçaçının 95 illiyi

Gülgəz Seyfalıyeva 1919-cu ildə Qalacıq kəndində dünyaya gəldi, kiçik yaşlarından xalq toxuculuq sənətinin incilərindən olan xalçaçılığa meyl saldı, incə sənəti anasından öyrəndi. Ailə qurmaq yaşına yetəndə həmkəndlisi Daşdəmirə könül verdi. İki qəlbdə yuva salan bir saf məhəbbətin nəticəsi olaraq bir oğul, iki qız dünyaya gəldi.
İkinci dünya müharibəsi başlayanda Daşdəmir müəllim şagirdlərini və öz körpələrini taleyin ümidinə buraxıb döyüşə getdi və bir daha qayıtmadı.
Əslən qədim Lahıc qəsəbəsinin sakini olan Hacıbaba Seyfalıyev Buynuz kənd məktəbində işləyirdi. Həyat yoldaşı vəfat etmişdi. Gülgəz xanım tez-tez Buynuzdakı qohumlarının yanına gəlib-gedirdi. Müəllimlə xalçaçı xanım tanış oldular .Yəqin fikirləşiblər ki, həyat davam edir. Tənha vəziyyətdə bu davamda iştirak etmək olmaz. 1949-cu ildə razılığa gəldilər ki, müxtəlif istiqamətlərdə davam edən həyatlarını bir axara yönəltsinlər. Təkrar qurulan ailə Lahıca köçdü. Bu illərdə misgərlik, digər xalq sənətkarlığı növləri tənəzzülə uğramışdı. İnsanların həyat şəraitində çətinliklər yaranmışdı. Kənd təsərrüfatı olmayan Lahıcın sənətkarlığından da gəlir gəlmirdi. Rayon rəhbərliyi çıxış yolunu xalçaçılığı inkişaf etdirməkdə gördü. Bu ümidi də ancaq Gülgəz xanım doğrulda bilərdi. 1955-ci il aprel ayının 1-də Lahıcda ilk xalçanın toxunuşuna başlandı. Bir neçə nəfər qıza Gülgəz Seyfalıyeva xalçaçılığın sirlərini öyrətməyə başladı. Onların da hər biri ətrafına qızları toplayıb öyrəndiklərini öyrətdilər.
Ustad xalçaçının 95 illiyi
Tacı Salmanovun sədr olduğu artelin 2 toxuculuq sexində xalçaçıların sayı 1975-ci ildə artıq 400 nəfərə çatmışdı. Xalçaçılıq inkişaf etdikcə Lahıc da inkişaf etməyə, qəsəbə sakinləri yaxşı yaşamağa imkan tapdılar. Çörək dalınca başqa yerlərə köçün qarşısı alındı.
Gülgəz xanımın Lahıc və onun ətrafındakı dağ kəndlərinin sakinləri qarşısında belə böyük, əvəzsiz xidmətləri olub. Bunları nəzərə alan rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Gülgəz Seyfalıyevanın anadan olmasının 95 illik yubileyinin keçirilməsi barədə sərəncam verib. Yubiley tədbiri Lahıc qəsəbə tam orta məktəbinin zalında keçirildi. Tədbir iştirakçıları, Qalacıqdan, Lahıcdan və İsmayıllıdan gəlmişdilər. Əvvəlcə Gülgəz xanımın Qalacıq və Lahıc həyatı, tanınmış xalça ustası olmağı ilə bağlı videoçarx nümayiş etdirildi, slaydlar göstərildi. Mirdaməd Sadıqov Gülgəz Seyfalıyevanın Lahıc və İsmayıllı sakinləri qarşısındakı xidmətlərindən, ustad toxuculuğundan, nümunəvi xanımlığından ətraflı, bir övlad məhəbbəti ilə danışdı. Əməkdar müəllim Ənvər Balayev Gülgəz xanımın keçmiş şagirdləri Mina Əliyeva, Göyçək Umudova, xalça fabrikində mühasib işləmiş Məcid Abbasov və başqaları Gülgəz xanım barəsində səmimi ürək sözlərini dedilər.
Ustad xalçaçının 95 illiyi
Yubilyarın qızı Şəmsə Əliyeva anasına həsr etdiyi şeiri söylədi və xalçaçılığı 5 yaşından ondan öyrəndiyini dedi. Rayon Mədəniyyət və Turizm Şöbəsinin musiqi və mahnı ifaçıları yubiley tədbirinə bədii zənginlik gətirdilər. “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, şair Şahməmməd Dağlaroğlu ustad xalçaçıya həsr etdiyi şeirini oxudu.
Keçmişə, sadə zəhmət adamına verilən dəyərdən bütün iştirakçılar razı qaldılar, tədbirin ideya müəllifinə və təşkilatçılarına təşəkkür etdilər.
Mirdaməd Sadıqovun bütün istiqamətlər üzrə fəaliyyəti İsmayıllı əhalisi tərəfindən təqdir olunur. Daha çox bəyənilən odur ki, hər bir siyasi, ideoloji, mədəni, mənəvi layihələri üçün o, ümummilli liderimiz Heydər Əliyevin vəsiyyətlərini, tövsiyələrini və müdrik sözlərini əsas götürür.
Ustad xalçaçının 95 illiyi
Gülgəz Seyfalıyevanın 95 illik yubileyinin keçirilməsində Ulu öndərin aşağıdakı hikmətli sözlərinə istinad edilmişdir:
“Gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq.”
Yubiley tədbiri keçmişə verilən qiymət, yeni nəsilə isə örnək oldu.
Şəkər Hacıyeva,
Heydər Əliyev Mərkəzinin direktoru

Şərh Yaz