Fənlər üzrə son kurikulum kursları


Respublikamızda təhsil sahəsində son illərdə həyata keçirilən islahatlar təhsil sistemimizin getdikcə inkişaf edən, dövrün tələblərinə cavab verən bir sistemə çevrilməsini bir daha sübut edir. Azərbaycan təhsil sahəsinə “Milli kurikulum” artıq pedaqoji termin kimi daxil olmuşdur. Bu terminin əsasını tərtib, təqdim, qiymətləndirmə, təhlil təşkil edir. Müasir kurikulumu ənənəvi təhsil proqramından fərqləndirən üstünlüklər ondan ibarətdir ki, müasir kurikulum şəxsiyyətyönümlü, şagirdyönümlü, nəticəyönümlü, tələbyönümlüdür.

Fənlər üzrə son kurikulum kurslarıFənlər üzrə son kurikulum kursları

Respublikamızda təhsil sahəsində son illərdə həyata keçirilən islahatlar təhsil sistemimizin getdikcə inkişaf edən, dövrün tələblərinə cavab verən bir sistemə çevrilməsini bir daha sübut edir. Azərbaycan təhsil sahəsinə “Milli kurikulum” artıq pedaqoji termin kimi daxil olmuşdur. Bu terminin əsasını tərtib, təqdim, qiymətləndirmə, təhlil təşkil edir. Müasir kurikulumu ənənəvi təhsil proqramından fərqləndirən üstünlüklər ondan ibarətdir ki, müasir kurikulum şəxsiyyətyönümlü, şagirdyönümlü, nəticəyönümlü, tələbyönümlüdür.
Fənlər üzrə son kurikulum kursları
Azərbaycan təhsili günbəgün dəyişir, inkişaf edir, yeniliklərlə zənginləşir. Əvvəllər tədris prosesində biliklərin şagirdlərə hazır şəkildə mənimsədilməsi tələb olunurdusa, bu gün şagirdlərin özünün tədris olunan mövzu ətrafında müstəqil fikir yürüdə bilməsinə, bir-birinin biliyinə qiymət verməsinə, kimin nəyə qadir olduğunu aşkar etməsinə, tədqiq etmək, qurmaq bacarığına daha çox diqqət yetirilir.
Yeni təlim metodları ilə dərslərin qurulması şagirdlərdə müstəqil yaradıcı düşünmə qabiliyyətini, yeni biliklərə sərbəst yiyələnmək bacarığını inkişaf etdirir. Məhz bu məqsədlə Təhsil Nazirliyinin xətti ilə “İdrak” liseyinin fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə keçirilən son on günlük kursunda rayonun iki qrupda 40 nəfərdən ibarət Azərbaycan dili və ədəbiyyatı müəllimi təlimçilər Qəfilə Əliyeva və Təranə Bağırova, ingilis dili fənni üzrə 30 nəfər fənn müəllimi, təlimçi müəllim Zenfira Seyidova, kimya fənni üzrə 31 nəfər fənn müəllimi, təlimçi müəllim Məhin Zeynalova, Şəhla İslamova, Vüsal Əliyev, fiziki tərbiyə və gənclərin çağırışaqədərki fənn müəllimlərindən 24 nəfər, təlimçi müəllim Orxan Soltanov iştirak edirlər.
Dərslər yüksək səviyyədə keçirilir. Müdavimlər dərslərdə, məşğələlərdə fəallıq göstərirlər. Elmi-metodik ədəbiyyatlardan istifadə olunur. Müəllimlər fikir mübadiləsi aparır, yeni dərslər qurur, onların təqdimatlarını keçirirlər. Bu iş Azərbaycan dili və ədəbiyyatı bölməsində daha yüksək şəkildə qurulub.
Biz müdavimlər əminik ki, yeni dərs ilində hər birimiz şagirdlərimizə bələdçi olacaq, bir fasilitator kimi onlara düzgün istiqamət verəcəyik.
Hacıməmməd Məmmədov

Şərh Yaz