İntellektual oyunlara maraq artır

İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və İsmayıllı İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə 8 avqust 2014-cü il tarixdə Kürdmaşı kəndində “Xəmsə” milli intellektual oyunu keçirildi.
Oyunun keçirilməsində əsas məqsəd gənclərin maarifləndirilməsi, kəndlərdə gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi və son zamanlar cəbhədə baş verən hadisələrlə bağlı əsgərlərimizə dəstək olmaq idi. Komandalara əsasən işğal altında olan rayonların adları qoyulmuşdu.

İntellektual oyunlara maraq artırİntellektual oyunlara maraq artır

İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və İsmayıllı İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə 8 avqust 2014-cü il tarixdə Kürdmaşı kəndində “Xəmsə” milli intellektual oyunu keçirildi.
Oyunun keçirilməsində əsas məqsəd gənclərin maarifləndirilməsi, kəndlərdə gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi və son zamanlar cəbhədə baş verən hadisələrlə bağlı əsgərlərimizə dəstək olmaq idi. Komandalara əsasən işğal altında olan rayonların adları qoyulmuşdu.
İntellektual oyunlara maraq artır
Yarışda “Şuşa” komandası 6900, “Kəlbəcər” komandası 4700, “Laçın” komandası 3600, “Black Garden” komandası isə 300 xal topladı.
“Xəmsə” milli intellektual oyununda I, II, III yerləri tutan komandalara hədiyyələri Gənclər və İdman İdarəsinin nümayəndəsi Taleh Məhərrəmov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Kürdmaşı İƏD-i üzrə nümayəndəsi Rövşən Əliyev və klubun rəhbəri Azad Manaflı təqdim etdi.
Ən yaxşı oyunçuya nümayəndəlik tərəfindən Şəki şəhərinə 1 günlük ekskursiya bileti hədiyyə edildi.
Qaliblər Fəxri fərman və medallarla mükafatlandırıldı, I yeri tutan komandaya isə oyunun əsas simvolu olan kubok təqdim edildi.
Qalibləri bir daha təbrik edirik.
“İsmayıllı xəbərləri”

Şərh Yaz