Təbriklər

Təbriklər
Təbriklər

Əzizimiz Həmidə! Ad günün, şad günün mübarək! Səni sevənlər yaxşı bilirlər ki, yaxın günlərdə 2 yaşın tamam olur. Qoy ulu Tanrının nəzəri həmişə üstündə olsun! Atalı-analı boya-başa çatıb, xoşbəxtlik içində mənalı ömür yaşayasan, əziz balamız!

Hər baxışı bir cahan,
Şirin qızdı Həmidə.
Aləmə ətir saçan
Güllü yazdı Həmidə.

Totuq-totuq əli var,
Baba deyən dili var.
Yanağında gülü var,
Nemət, nazdı Həmidə.

Söğal, qayğı biləndi,
Küsəyəndi, güləndi.
Bir ev nura bələndi –
Ay, ulduzdu Həmidə.

2 yaşı tamam olan gözəl balamız, hər açılan səhərin nurlu, hər ilin uğurlu olsun! Səni təbrik edirlər:
Baban Hacı, nənən Gülnaz, atan Polad, anan Vəfa, bibilərin Asiya, Rəfiqə, Rəna, Sədaqət, Xanım, əmin Məhərrəm, əmidostun Ellada, əmin qızı Şəkər, əmioğlun İsrafil, dayıların Elxan, Elnur, dayıdostuların Aynurə, Jalə, dayıoğluların Orxan, Nicat, dayıqızın Nərmin.
“İsmayıllı xəbərləri”nin yaradıcı heyəti də bu təbriklərə qoşulur.

***

Təbriklər
Cəbiyeva Sona Rəfael qızı 3 nömrəli Uşaq Bağçası-Körpələr Evində məktəbəqədər təhsilini başa vurub. Bu dərs ilindən etibarən şəhər 1 nömrəli tam orta məktəbin birinci sinfinə gedəcək. İstedadlı, bacarıqlı Sona İsmayıllı Olimpiya-İdman Kompleksində çalışan Soltanə İbrahimzadənin məşqçiliyi ilə bədii gimnastika sahəsində rayonda və respublikada bir sıra uğurlara imza atıb.
Balaca Sonanın doğum günü avqust ayının 27-nə təsadüf edib. Onu anadan olduğu gün, gözəllik və sağlamlıq idmanı olan bədii gimnastika sahəsindəki ilk sevindirici uğurları və məktəbli adını qazanmağı münasibəti ilə təbrik edirik.
Əzizləri və doğmaları ona təhsildə, idmanda, eləcə də həyatda bitib-tükənməyən uğurların sevincini arzulayırlar.
“İsmayıllı xəbərləri”

***

Təbriklər
Babanın adını daşıyan nəvə,
Tut bu əziz adı ucadan uca.
6 yaşın mübarək, gün o gün olsun,
Olasan 100 yaşlı ağsaqqal, qoca.
6 il əvvəl dünyaya göz açmış İbrahim İbrahimlini nənəsi Sura, atası Amil, anası Samirə, əmisi Hüseyn, bibiləri Şamama, Məhbubə, Hicran, Sevda, Arzu, Xoşbəxt və Tənzilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, bitib-tükənməyən sevinc, səadət arzulayırlar.

Şərh Yaz