Prezidentin tapşırıq və tövsiyələri uğurla icra edilməlidir

İyul ayının 18-də İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzində keçirilən, rayon İcraHakimiyyətinin başçısı Mirdaməd Sadıqovun “2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat məruzəsi dinlənilib.
Prezidentin  tapşırıq və tövsiyələri uğurla icra edilməlidir
Prezidentin tapşırıq və tövsiyələri uğurla icra edilməlidir

İyul ayının 18-də İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzində keçirilən, rayon İcraHakimiyyətinin başçısı Mirdaməd Sadıqovun “2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat məruzəsi dinlənilib.
Prezidentin  tapşırıq və tövsiyələri uğurla icra edilməlidir
Rayon fəallarının iştirak etdiyi yığıncağa sədrlik edən RİH başçısı məruzədən öncə giriş nitqi söyləyib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Ölkə rəhbəri, cənab Prezident giriş və yekun nitqində 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının nəticələrini geniş təhlil etmiş və qarşıda duran vəzifələr barədə proqram xarakterli təklif və tövsiyələrini bildirmişdir. Qeyd etmişdir ki, ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilmişdir. Qarşıya qoyulmuş bütün məsələlər icra edilmişdir və dinamik inkişaf davam edir. Uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik və iqtisadi sahədə aparılan islahatlar durur. Uğurlu siyasət nəticəsində neftdən asılılıq aşağı düşmüşdür, qeyri-neft sektorunda artım 7 faiz olmuşdur. Daxili sabitlik, xalqla iqtidar arasındakı birlik, cəmiyyətdə ölkəmizin gələcəyi ilə bağlı nikbin fikirlərin üstünlük təşkil etməsi dinamik iqtisadi inkişafımıza təkan verir.
İslahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuşdur. Birinci altı ayda iqtisadi göstəricilər çox müsbətdir – iqtisadiyyat 2,1 faiz artmışdır. Əvvəlki dövrlərlə müqayisədə bu, o qədər də böyük rəqəm olmasa da dünyada yaşanan iqtisadi çətinliklər fonunda bu, çox gözəl göstəricidir.
İnflyasiya 1,6 faiz təşkil edir. Əhalinin pul gəlirləri isə 4,7 faiz artıb, yəni, inflyasiyanı 3 dəfə üstələyir. İstənilən ölkə üçün bu, ən arzu olunan balansdır. Kənd təsərrüfatında inkişaf müşahidə olunur, artım təxminən 6 faiz səviyyəsindədir.
Müstəqilliyimizi şərtləndirən əsas amillərdən biri olan ölkənin maliyyə vəziyyəti sabitdir. Azərbaycan böyük maliyyə resurslarına malikdir. Bu gün dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə, Azərbaycan ən qabaqcıl yerlərdədir. Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız vardır. Bu vəsaitdən çox qənaətlə istifadə olunur və ən vacib olan sahələrə yönəldilir. Ölkənin maliyyə vəziyyəti imkan verir ki, bundan sonra da böyük infrastruktur və sosial layihələr icra olunsun.
Bu il Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli, 118 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edilmişdir. Proqramın icrası nəticəsində 2018-ci ilə qədər bütün əsas infrastruktur və sosial məsələlərin həlli strateji xətt kimi qarşıya qoyulmuşdur. Artıq ilin altı ayında 65 min yeni iş yeri açılmışdır ki, onlardan 52 mini daimi iş yeridir. 2003-cü ildən bu günə qədər – regional inkişaf proqramları icra edilməyə başlayandan sonra 1 milyon 300 min iş yeri açılmışdır ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir. Ölkədə işsizlik çox aşağı səviyyədədir.
Sosial məsələlərin həlli bu altı ayda da diqqət mərkəzində olmuşdur. Orta əməkhaqqı artaraq 440 manat təşkil edir. Sosial infrastruktur layihələri icra edilir. Eyni zamanda, əhalinin sosial müdafiəsi istiqamətində ciddi islahatlar aparılır, şəffaflıq təmin edilir. Şəffaflıq nöqteyi-nəzərindən islahatları daha da dərinləşdirmək nəzərdə tutulmuşdur. Bu, əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Cənab Prezident iclasda demişdir: “Azərbaycanda sosial sahədə vəziyyət dünyanın aparıcı ölkələrindən geri qalmamalıdır. Buna nail olmaq üçün, hesab edirəm ki, bütün imkanlarımız vardır”.
Prezidentin  tapşırıq və tövsiyələri uğurla icra edilməlidir
Bu gün ölkəmizin dünyada oynadığı rol çox önəmlidir. Azərbaycanın nüfuzu, təsir imkanları gündən-günə artır. Azərbaycan öz daxili imkanlarına söykənərək iqtisadi və siyasi inkişafını təmin edir. Bunun başlıca səbəbi Azərbaycanın müstəqil siyasəti və maliyyə vəziyyətidir. Digər ölkələrlə qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, qarşılıqlı dəstək, anlaşma və hərtərəfli əməkdaşlıq prinsipləri əsasında əlaqələrimiz genişlənir və tərəfdaş ölkələrin sayı artır. Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur.
Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün siyasi, iqtisadi, hərbi gücünü daha da artırır. Beynəlxalq hüququn əsas norma və prinsipi olan ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün məqsədyönlü tədbirlər görülür.
Birinci yarımilliyin yekunları ilə bağlı cənab Prezident qeyd etmişdir ki, bizim altı ayda gördüyümüz işlər yüksək qiymətləndirilməlidir. Ölkədə çox gözəl ab-hava vardır. Çox gözəl ictimai-siyasi vəziyyət müşahidə olunur. Sabitlik tam şəkildə təmin edilir. Sabitliyin qarantı Azərbaycan xalqıdır və gördüyümüz işlərdir. Azərbaycan xalqının rifahı, cəmiyyətdə bərqərar olan ədalət, o cümlədən sosial ədalət və xoşagəlməz hallarla mübarizə bu müsbət meylləri daha da gücləndirir.
Respublika Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi sosial və iqtisadi siyasət, tövsiyə və tapşırıqları 2014-cü ilin birinci yarısında rayonumuzda da müvəffəqiyyətlə həyata keçirilmişdir.
“2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş yığıncağı açıq elan etdikdən sonra RİH başçısı Mirdaməd Sadıqov məruzə ilə çıxış edib.
Məruzə ətrafında müzakirələrdə Nikitin adına kolxozun sədri Nikolay Dubrovin, Kapitalbankın İsmayıllı rayon filialının müdiri Yusif Abbasov, millət vəkilləri Novruzəli Aslanov, Ərəstun Cavadov fikirlərini söyləyib, rayonda gedən inkişafin daha geniş vüsət alacağına ümidvar olduqlarını bildiriblər.
M.Sadıqov Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətə görə təltif olunanlar sırasında İsmayıllı RİH başçısının müavini Sevil Kazım qızı Əhmədovanın da olduğunu qeyd edib və təntənəli şəkildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı Sevil xanıma təqdim edib.
RİH başçısı yekunda bildirib:
– Bu gün biz 2014-cü ilin altı ayı ərzində gördüyümüz işlərə bir daha nəzər yetirdik, fəaliyyətimizi təhlil etdik, problemlərin həlli yolları barədə müzakirələr apardıq. Qeyd etməliyəm ki, görəcəyimiz işlər hələ çoxdur. Rayonumuzu inkişaf etdirməli, yeni iş yerləri açmalı, insanların həyat şəraitini günbəgün yaxşılaşdırmalıyıq.Vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi üçün yeni sənaye obyektlərinin açılmasına, aqrar sahənin inkişafına ciddi təkan verməliyik. Təhsilimizi, səhiyyəmizi yeniləşdirib inkişaf etdirməliyik. Mədəniyyətimizin inkişafı üçün lazımi şərait yaratmalıyıq.
Prezidentin  tapşırıq və tövsiyələri uğurla icra edilməlidir
Növbəti altı ayda biz çalışmalıyıq ki, nəzərdə tutulmuş bütün infrastruktur layihələri başa çatsın. Şəhər, qəsəbə və kənd yollarımızın abadlaşması, yenidən tikilməsi, asfaltlaşdırılması layihələri davam etdirilməlidir. Hələ ki, bərbad vəziyyətdə olan kənd yollarımız çoxdur. Üçüncü regional inkişaf Proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. İçməli su, kanalizasiya, qazlaşma, meliorasiya, kənd təsərrüfatının inkişafı, elektron kənd təsərrüfatı sisteminin yaradılması, sənayenin inkişaf etdirilməsi, nəqliyyat, elektrikləşmə və s. fəaliyyətimizin əsasını təşkil etməlidir. Sahibkarlığın inkişafında ciddi dönüş yaratmalıyıq.
Dövlət Proqramları, cənab Prezidentin tapşırıq və tövsiyələri uğurla icra edilməli, yüksək nailiyyətlər əldə olunmalıdır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz