İqtisadi inkişaf kursu dəstəklənir

İyul ayının 21-də Regionların Sosial-İqtisadi İnkişaf Proqramına uyğun olaraq rayonun Kürdmaşı kəndində mövcud problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı RİH başçısı Mirdaməd Sadıqovun sakinlərlə səyyar görüş-qəbulu keçirilib.
Qəbulda RİH başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbərləri də iştirak ediblər. Qəbul zamanı kəndin bir sıra problemləri diqqət mərkəzində olub.

İqtisadi inkişaf kursu dəstəklənirİqtisadi inkişaf kursu dəstəklənir

İyul ayının 21-də Regionların Sosial-İqtisadi İnkişaf Proqramına uyğun olaraq rayonun Kürdmaşı kəndində mövcud problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı RİH başçısı Mirdaməd Sadıqovun sakinlərlə səyyar görüş-qəbulu keçirilib.
Qəbulda RİH başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbərləri də iştirak ediblər. Qəbul zamanı kəndin bir sıra problemləri diqqət mərkəzində olub.
İqtisadi inkişaf kursu dəstəklənir
Kənd sakinləri adından çıxış edən Arif Qəmbərov ölkədə, eləcə də rayonda həyata keçirilən iqtisadi inkişaf kursunun dəstəkləndiyini diqqətə çatdırıb. Aparılan tikinti-abadlıq işlərindən razılığını bildirib. Eyni zamanda, kəndin mərkəzindən keçən Qaraməryəm-İsmayıllı yolunun gediş-gəliş üçün yararsız olmasından, kənddaxili elektrik xətlərində qəzalı vəziyyətin mövcudluğundan, içməli suyun bütün məhəllələrə çatmamasından, həyətyanı torpaq sahəsi almnq üçün perspektiv inkişaf fondu torpaqlarının olmaması kim problemlərin yaşanmasından gileylənib.
RİH başçısı M.Sadıqov ölkədə son bir neçə ildə qazanılan nailiyyətləri sadalayaraq bu uğurların aparılan siyasi kursun məntiqi nəticələri olduğunu bildirib. O, bu siyasətin durmadan, uğurla davam etdiyini söyləyib. Qəbulda gənclərin layiqli vətəndaş kimi formaıaşdırılması, milli-mənəvi, əxlaqi dəyərlərin qorunması və inkişaf etdirilməsi məsələsinə də toxunulub.
M.Sadıqov kənd sakinlərinin qaldırdığı problemlərin həlli ilə bağlı əlaqədar xidmət idarələrinin
nümayənrələrinə göstərişlər verib.
Qəbulda olan kənd sakinləri onları narahat edən problemlərin həllində göstərilən dəstəyə və diqqətə görə ölkə prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq ediblər.
Şahməmməd Soltanov

Şərh Yaz