“Təmiz şəhərdə yaşa” , “Gələcək öz əlimizdədir”

YAP İsmayıllı rayon təşkilatı rayonda epidemoloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı qəbul olunmuş qərarın icrasına bütün təbəqədən olan qadınların cəlb edilməsi məqsədilə şəhər qadınlarının yığıncağını keçirib.“Təmiz şəhərdə yaşa” , “Gələcək öz əlimizdədir”

YAP İsmayıllı rayon təşkilatı rayonda epidemoloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı qəbul olunmuş qərarın icrasına bütün təbəqədən olan qadınların cəlb edilməsi məqsədilə şəhər qadınlarının yığıncağını keçirib.
Yığıncağı giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O, son 10 il ərzində uğurla həyata keçirilən iqtisadi inkişaf strategiyasından danışıb.
Azərbaycan son illər ərzində həm regionda, həm də dünyada çox böyük nüfuz qazanmış sürətli inkişaf edən ölkələr sırasına daxil olub. Respublikamızın hər bir guşəsində tikinti-quruculuq, abadlıq, müasirləşmə, yeniləşmə, yaşıllaşdırma, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində yeni-yeni layihələr, möhtəşəm tədbirlər həyata keçirilir.
Görülən işlərdə qadınların rolundan danışan Ə.Vahabova bildirib ki, Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyeva istər respublikamızda, istərsə beynəlxalq miqyasda bu gün bəşəriyyət üçün önəmli olan ekoloji durumun sağlamlaşdırılması istiqamətində mühüm layihələr həyata keçirir, görülən işlərin Azərbaycan qadınları üçün bir nümunədir.
Ölkə əhalisinin həyat, məişət şəraitinin daha da yüksəldilməsi, kommunal xidmətlərin, sanitar-gigiyenik və ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin qorunub saxlanması və insanların sağlamlığına göstərilən qayğının artırılması istiqamətində həyata keçirilən layihələr dünya ölkələri tərəfindən öyrənilir və təqdir olunur. Xüsusən, son illərdə ətraf mühitin qorunub saxlanması, məişət tullantılarından təmizlənməsi istiqamətində görülən işlər ölkə əhalisi tərəfindən rəğbətlə qarşılanır. Belə tədbirlərdən birincisinin Bakı şəhərinin Binəqədi rayonunda keçirilən “Təmiz Binəqədi” layihəsi təcrübəsi digər rayonlar üçün nümunədir.
Ölkəmizin dilbər guşələrindən biri olan İsmayıllı rayonu da bu layihəyə qoşulub, “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin icrasına başlanması bu sahədə əhalinin maarifləndirilməsi və insanların belə tədbirlərə cəlb olunması məqsədilə aparılan məqsədyönlü işlər tezliklə öz bəhrəsini verəcəkdir.
İsmayıllının bu layihəyə qoşulan ilk rayon olması hər birimizdə qürur hissi yaradır.Bu layihənin uğurla həyata keçirilməsini təmin etmək məqsədilə əhali arasında, xüsusən də qadınlarla maarifləndirmə tədbirlərinin aparılması, bu sahəyə könüllü fəalların cəlb olunması, əhalinin müxtəlif yaş təbəqələrindən olan insanların bu layihənin icrasına cəlb və səfərbər edilməsi tezliklə rayonumuzun daha da müasirləşməsi, ekoloji cəhətdən nümunəvi bölgəyə çevrilməsinə öz töhfələrini verəcəkdir.
Görüşdə çıxış edən qadınlardan Şərqiyyə Abbasova, Rəsmiyyə Baxışova, Kövsər Abbasova əhali tərəfindən bu layihənin razılıqla qarşılanmasını və əhəmiyyətini qeyd etməklə yanaşı, bütün qadınların onun icrasında fəal iştirakının zəruriliyini bildiribər.
Ramid Qasımov

Şərh Yaz