Vəzifələr dəqiqləşdirilir

Heydər Əliyev Mərkəzinin böyük konfrans zalı 25 iyul 2014-cü il tarixdə gənclərin ixtiyarına verilmişdi. Burada Azərbaycan gənclərinin VII forumunun nəticələrinə və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 20 illiyinə həsr olunmuş toplantı keçirilməli idi. Toplantıdan əvvəl iştirakçılar “Tikilən, qurulan, yeniləşən İsmayıllıda gənclərin iştirakı,” “İsmayıllı gəncləri inkişaf və yüksəliş yollarında” mövzuları üzrə hazırlanmış qısa videofilmlərə baxdılar. Sonra mövzu ətrafında rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov məruzə etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Respublikamızı idman ölkəsinə çevirməsindən, gənclərin peşə, təhsil və intellektual inkişafı, mədəni həyata və mənəvi zənginliyə qovuşması üçün hər şeyi etdiyindən, rayon gənclərinin bu diqqət və qayğıya cavab olaraq daha da fəallaşmasından ətraflı danışdı. Avropa çempionu olmuş idmançıların, digər yarış qaliblərinin adını fəxrlə çəkdi. Qeyd etdi ki, rayon İcra Hakimiyyəti başçısı idmanın inkişafı ilə əlaqədar federasiyalara uyğun şuralar yaradılması barədə sərəncam vermişdir. Şura sədrləri rayonda müxtəlif idman növləri üzrə olimpiadalar, spartakiadalar keçirilməsində əsil təşkilatçı rolunu oynayırlar.

Vəzifələr dəqiqləşdirilirVəzifələr dəqiqləşdirilir

Karate idman növü üzrə məşqçi Əkbər Şəfaqətov çıxışında bildirdi ki, bir idmançısı 2015-ci ildə Bakı şəhərində keçiriləcək Avropa oyunlarına vəsiqə qazanmışdır. Çətin idman döyüş növü üzrə Avropa çempionu Tuncay Əliyev idman mübarizəsinə daha yaxşı hazırlaşacağını bildirdi. Qurbanəfəndi kənd tam orta məktəbinin müəllimi Xavər Allahverdiyeva və RİH başçısının Sumağallı inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini İlkin Salahov çıxışlarında həm görülən işlərdən, həm də həlli vacib problemlərdən danışdılar.
Toplantının çox bəyənilən və təqdir olunan tərəfi o idi ki, burada yaşlı nəslin nümayəndələri də iştirak edir, gənclərə öz dəyərli məsləhətlərini verirdilər. Bu baxımdan İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor müavini Sevda Qasımovanın, Uşaq və Ailələrə dəstək mərkəzinin direktoru Lətifə Əliyevanın və RİH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Əhmədovun çıxışı daha xarakterik idi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova tədbiri elə apardı ki, iştirakçıların böyük əksəriyyəti təklifini bildirdi, arzusunu söylədi, rayonun inkişafında bundan sonra daha fəal iştirak edəcəyini dedi.
Gənclər və İdman Nazirliyinin yaranmasının 20 illiyi ilə əlaqədar bir qrup fəal gəncə və idmançıya rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin hədiyyələri, diplomlar təqdim edildi.
Toplantı bir daha göstərdi ki, İsmayıllı gəncləri qarşıdakı vəzifələrin icrası üçün məsuliyyəti inamla öz üzərinə götürmüşlər.
Çinarə Bəhərçinli

Şərh Yaz