Qaydalara əməl olunmasını təmin edək

Son zamanlar ticarət (xidmət) fəaliyyətinə olan ümumi qayda və tələblərin daha da təkmilləşdirilməsi zərurəti meydana çıxmışdır. Məhz tələblərin və ümumi qaydaların sistemləşdirilməsi yolunda atılmış ən uğurlu addımlardan biri də Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 №-li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”dır ki, bu Qaydalar da öz növbəsində qanun çərçivəsində sahəvi problemləri bilavasitə tənzimləyir. Sözügedən Qaydalarda mühüm əhəmiyyət kəsb edən bir çox məqamlar öz əksini tapmışdır ki, bunlardan biri, bəlkə də birincisi ticarət fəaliyyətinə olan ümumi tələblərin müəyyən olunmasıdır.
Qaydalara əməl olunmasını təmin edəkQaydalara əməl olunmasını təmin edək

Ticarət (xidmət) fəaliyyətinə olan ümumi tələblər sırasında ticarət obyektinin istehlakçılara düzgün seçim imkanını verən şəraitə, ticarət zalına, malların keyfiyyətini və təhlükəsizliyini təmin edən yardımçı binalara malik olması, eləcə də əməyin, sağlamlığın və ətraf mühitin qorunması, yanğından mühafizə, malların saxlanılması, istehsalı və satışı üzrə normativ-hüquqi aktlarda nəzərdə tutulmuş digər tələblərə cavab verməsi məsələləri dayanır.
Eyni zamanda ticarət, ictimai iaşə, məişət və digər növ xidmət fəaliyyətinə yol verilməsi əsası kimi sanitar-epidemioloji orqanlar tərəfindən rəsmi razılığın alınmasının müəyyənləşdirilməsi mütərəqqi addım hesab olunmalıdır. Çünki əksər hallarda bu razılıqlar alınmadan fəaliyyət göstərən sahələrdə neqativ məqamlar aşkarlanır ki, bu da xidmətin səviyyəsinin aşağı düşməsi ilə nəticələnir. Onu da qeyd etmək vacibdir ki, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət fəaliyyəti nəticəsində ətraf mühitin çirkləndirilməsinə və insanların narahatlığına səbəb olan, bu və ya digər hallara xüsusi diqqət yetirilməli və həmin halların baş verməsinin qarşısı dərhal alınmalıdır.
Ən mühim məsələlərdən biri də məhz malların qəbulu, saxlanılması və satışa hazırlanmasıdır ki, bununla bağlı Qaydalarda qoyulan şərtlərə ciddi əməl olunmalı və Qaydalarda öz əksini tapan prinsiplərin praktiki tətbiqi təmin edilməlidir. Bu kimi şərtlərə pirat və ya kontrafakt malların ticarət şəbəkələrinə daxil edilməsi, saxlanılması və satışının qadağan edilməsi, satış zamanı mal qonşuluğu prinsipinə əməl olunmasının vacibliyi və s. aid etmək olar. Müəyyən olunmuş prinsiplərin ən önəmlilərindən biri də ticarət obyektinin qarşısında, ətrafında malların nümunələrinin nümayiş etdirilməsinin, satışının, xidmətlərin göstərilməsinin yolverilməzliyidir.
Qaydaların müəyyən olunması çox mütərəqqi haldır. Lakin ən önəmli və diqqət yetilməli olan məqam Qaydaların şamil edildiyi şəxslər tərəfindən həmin Qaydalara riayət olunmasının təmin edilməsidir ki, bunun da tək yolu vardır – Nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi və nəzarətin gücləndirilməsi. Qaydalara əməl olunmasını təmin edə biləcəyimiz halda çox ümid edirəm ki, yaxın gələcəkdə hər bir vətəndaş müasir ticarətin müsbət keyfiyyətlərinə yiyələnəcək və bununla da müasir standartlara hər bir vətəndaş tərəfindən əməl olunmasına nail olacağıq.
Xətai Abbasov,
İsmayıllı RİH-nin hüquq şöbəsinin müdiri

Şərh Yaz