İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Hörmətli Mirdaməd müəllim!
Son vaxtlar İsmayıllımızda böyük layihələr həyata keçirilir. Bu dinamik inkişaf, yüksəliş davam edir . Çəkilən zəhmətin, axıdılan alın tərinin nəticələri, fərəhli bəhrələri göz önündədir. Bu gün hər bir İsmayıllı sakini yenidən qurulan şəhərimizin müasir görkəmi ilə qürur duymağa haqlıdır.
Dövlət qayğısının ünvanına çevrilmiş İsmayıllı bu diqqətdən güc alaraq işıqlı sabahları, yeni qələbələrə doğru inamla irəliləyir.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Hörmətli Mirdaməd müəllim!
Son vaxtlar İsmayıllımızda böyük layihələr həyata keçirilir. Bu dinamik inkişaf, yüksəliş davam edir . Çəkilən zəhmətin, axıdılan alın tərinin nəticələri, fərəhli bəhrələri göz önündədir. Bu gün hər bir İsmayıllı sakini yenidən qurulan şəhərimizin müasir görkəmi ilə qürur duymağa haqlıdır.
Dövlət qayğısının ünvanına çevrilmiş İsmayıllı bu diqqətdən güc alaraq işıqlı sabahları, yeni qələbələrə doğru inamla irəliləyir.
Dövlət başçısının müəyyən etdiyi istiqamətə uyğun olaraq Siz rayon İcra Hakimiyyətinin fəaliyyətində əhalinin məşğulluğunun, yeni iş yerlərinin açılmasını əsas prioritet hesab edirsiniz. Həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir ki, rayonda abadlıq, tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Şəhərin gözəlliyini artırmaq, onun hüsnünə yeni naxışlar vurmaq üçün fəal vətəndaş mövqeyindən aparılan davamlı və səmərəli axtarışlar, qaldırılan təşəbbüslər rayon ictimaiyyəti tərəfindən müdafiə olunur və razılıqla qarşılanır.
Vüsət alan abadlıq və quruculuq prosesində diqqət çəkən mühüm cəhət odur ki, görülən hər işdə xüsusi zövq üstünlük təşkil edir, milli ornamentlərdən geniş istifadə olunur. Heydər Əliyev prospektində, Mübariz Orucov, Nizami küçələrinə istinad divarları müxtəlif bəzəklərlə izlənmişdir. Mübariz Orucov və Nizami küçələrinin kəsişdiyi yerdə Xocalı Soyqırımı ilə bağlı ucaldılmış abidə müqəddəs Vətən torpaqlarının hər qarışını sonsuz məhəbbətlə sevən, onun bütövlüyünü, toxunulmazlığını qanı və canı bahasına qoruyan ismayıllıların and yerinə çevriləcək. Bura yolu düşən hər kəs gördüyü mənzərə qarşısında heyrətini gizlədə bilməyəcək. Onda yetişən nəsildə Vətən sevgisi daha da artacaq və alovlanacaq.
Akademik Zərifə Əliyeva adına parkın yenidən qurulması, müasir işıqlandırma sistemi ilə təchiz edilməsi ərazinin gecələrini də al-əlvan edəcək. Buradakı “Qala” şadlıq sarayı, Heydər Əliyev Mədəniyyət Sarayı və YAP-ın yeni inzibati binası da şəhərə öz zövqlü gözəlliyini verir.
Ə.Ələkbərzadə küçəsinin yeni işıqlandırma sistemi ilə təchiz edilməsi və küçənin asfaltlaşdırılması nəinki ismayıllıların, bu yoldan istifadə edən hər kəsin ürəyincədir.
İsmayıllıya Şərqindən girişdə inşa edilmiş əzəmətli binalar şəhərə daxil olanların gözünü, könlünü oxşayır. Hər tərəf öz qeyri-adi gözəlliyi ilə üzə gülür. Gül-çiçəklər, gözlərə dinclik verən yaşıllıqlar, Vətən sevgisiylə köklənən neçə könlün odu, atəşi hopmuş daşlar, heç vaxt indiki qədər belə geniş və rahat olmayan yollar günün reallıqları ilə ilmələnmiş bu gözəl həyat tablosunun diqqət çəkən ayrı-ayrı çalarlarıdır.
Nizami Səmədov küçəsi başdan-başa yenidən qurulub, asfaltlaşdırılıb. Qala divarları təmir edilib. Küçənin “Babadağ”la birləşdiyi yerdə böyük bir dairə yaradılıb.
Hörmətli Mirdaməd müəllim!
Rayonda görülən bütün bu gözəl işlərə, insanlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevə, eləcə də Sizə çox minnətdarıq!
Qoy gözəllik yaradanların ilham çeşməsi daha da gur çağlasın.
Dərin hörmətlə:
Hacıməmməd Məmmədov,
şəhər sakini, müəllim

Şərh Yaz