Sənəti, sənətkarı yaşatmaq

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tanınmış xalça ustası, xalq sənətinin bu növünü qədim Lahıcda yaşadan və inkişaf etdirən Gülgəz Vahid qızı Seyfalıyevanın 95 illiyinin qeyd olunması ilə əlaqədar təşkilat komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Sənəti, sənətkarı yaşatmaqSənəti, sənətkarı yaşatmaq

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tanınmış xalça ustası, xalq sənətinin bu növünü qədim Lahıcda yaşadan və inkişaf etdirən Gülgəz Vahid qızı Seyfalıyevanın 95 illiyinin qeyd olunması ilə əlaqədar təşkilat komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Sənəti, sənətkarı yaşatmaq
Sərəncamda qeyd olunur ki, Gülgəz Seyfalıyeva 50-ci illərin başlanğıcında ailə qurması ilə əlaqədar Qalacıq kəndindən Lahıc qəsəbəsinə köçmüş, burada əsası olan qədim xalq sənətini – xalçaçılığı inkişaf etdirmişdir. Xalq sənətinin inkişafı, çoxsaylı iş yerlərinin açılması qəsəbə sakinlərini başqa yerlərə köç etməkdən saxlamış, Lahıc qədim yaşayış məskəni olaraq iqtisadi cəhətdən irəliləmişdir. Qəsəbə əhalisi el sənətkarlarının, eyni zamanda Gülgəz Seyfalıyevanın da xidmətlərini həmişə yüksək dəyərləndirmiş, xatirəsini əziz tutmuşdur.
Bütün bunları və Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin 4.1.22-ci maddəsini əsas götürən RİH başçısı tanınmış xalça ustası Gülgəz Seyfalıyevanın 95 illiyinin qeyd olunması ilə əlaqədar təşkilat komitəsi yaradılmasını qərara alıb. Qəbul olunan qərarda yubileylə əlaqədar tədbirin 2 avqust 2014-cü il tarixdə saat 11:00-da, Lahıc qəsəbəsində həyata keçirilməsini təmin etmək təşkilat komitəsinəhəvalə edilib.
Sərəncamın icrasına nəzarət təşkilat komitəsinin sədri Sevil Əhmədovaya tapşırılıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz