Sadə peşə adamına yubiley

Azərbaycanda xalçaçılığın çox qədim tarixi var. İsmayıllıda da bu sənətin tarixi uzun əsrlər öncələrə dayanır. Dekorativ tətbiqi incəsənət növlərindən biri olan xalçaçılığı ötən əsrin 50-ci illərindən Lahıcda inkişaf etdirən Gülgəz Seyfalıyeva olub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bir qayda olaraq tanınmış sadə peşə adamların əməyinə, keçdiyi ömür yoluna yüksək dəyər verir, onların yubileylərinin keçirilməsini təşkil edir. Odur ki, qədim el sənətini yaşadan, bu gün yüzlərlə davamçısı olan xalça ustası Gülgəz Seyfalıyevanın da 95 illik yubileyini keçirmək qərara alınıb. Bu məqsədlə iyul ayının 24-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində toplantı keçirilib.
Toplantıda təşkilat komissiyası yaradılıb, görüləcək işlər müəyyənləşdirilib. Yubiley avqust ayının 2-də Lahıc qəsəbə tam orta məktəbində keçiriləcək. Tədbirdəki çıxışlarda İsmayıllıda xalçaçılıq fondunun yaradılması təklifi də irəli sürülüb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz