İndinin özündə də yad edilir

Lahıcda xalçaçılığın inkişafı Gülgəz Seyfalıyevanın adı ilə bağlı olduğunu heç kəs inkar edə bilməz. Məlumdu ki, Lahıc sənətkarlar məkanıdır. Buna görə də bir neçə artel fəaliyyət göstərirdi, sədri də Taci Salmanov idi. Həmin sənətkarların hamısı da kişilər idilər. Salmanov qarşısına qadınların işə cəlbi məqsədini qoydu, yollar aradı. Nəhayət, xalçaçılığın inkişafını daha uyğun saydılar. Bunun üçün əsas da vardı. Rayonumuzun Qalacıq kəndindən Lahıca gəlin köçmüş Gülgəz Seyfalıyeva bu sənətin ustası idi.
T.Salmanov işi təşkil etdi, iş şəraiti yaratdı və 5-6 qızı G.Seyfalıyevaya həvalə etdi. Lahıc üçün yeni olan xalçaçılığın təməli belə qoyuldu.”Azərxalçadan” ip gətirildi və xalça toxunmağa başladı. İki-üç xalça toxundu və “Azərxalçaya” təhvil verildi. Xalçalar yüksək keyfiyyətlə qəbul olundu. Deməli, çəkilən əmək bəhrəsini vermişdi…

İndinin özündə də yad edilirİndinin özündə də yad edilir

İlk nailiyyətdən fərəhlənən Lahıc xalçaçıları məşhur xalça rəssamı Lətif Kərimovu qonaq çağırdılar. Görkəmli sənətkar gəldi, məsləhətlərini, tapşırıqlarını verdi. Bu məsul işi də Gülgəz xanıma həvalə etdi. Rəssam onlara müxtəlif çeşnili iki xalça sifariş verdi. Xalçalar toxunub Bakiya aparıldı və bəyənildi. Bununla da Lahıcda xalça fabriki yaradıldı.
Aylar keçdikcə naşı əllərlə ilmə vuran qızlar püxtələşmiş, özləri başqalarına bu sənətin incəliklərini öyrədirdi. Onun şagirdləri Ağabacı, Şirinnaz, Bənzər, Çərkəs artıq özləri briqadir idilər. Baş usta olan Gülgəz xanım işə nəzarət edir, hər an onların köməyinə tələsirdi.
İndinin özündə də yad edilir
Bir həqiqəti də qeyd edək ki, xalçaçılığın inkişafı əhalinin maddi-rifahının yüksəlməsinə böyük təkan verdi. Evlərin damları dəmirləndi, mənzillərə yeni-yeni əşyalar alındı. Elə ailələr vardı ki, fabrikdə bir neçə xalçaçı çalışırdı. Deməli, evə xeyli əlavə pul daxil olurdu. O zamanlar fabrikdə baş mühasib işlədiyim üçün bütün bunlar mənim əlimdən keçib, inkişafı da yaxşı bilirəm.
Fabrikin açılması ilə əlaqədar xalçaçı analar üçün uşaq bağçası tikilib istifadəyə verildi. Ətraf kəndlər də bu işdən xeyli faydalandı.
Artelin sədri T.Salmanovun bu işlərdə böyük əməyi olub. Lahıc camaatı indi də hər ikisinin ruhuna dualar edirlər.
Məcid Abbasov,
əmək veteranı

Şərh Yaz