Mətbuatın saçdığı nur

22 iyul 1875-ci il. Ölkəmizdə ilk mətbuatın yarandığı gün. Bu xronika Azərbaycan tarixində önəmli yer tutur. Axı hər bir dövlətin ictimai, siyasi xadimləri, jurnalistləri, mütəfəkkirləri ilk müvəffəqiyyətlərini məhz mətbuat səhifələrində qazanmışlar. Respublikamızın ilk mətbuat orqanı olan “Əkinçi” qəzeti 1875-1876-çı illərdə fəaliyyət göstəmiş, cəmi 56 nömrəsi işıq üzü görmüşdür. Onun ilk təsisçisi H.B.Zərdabi qəzetin naşiri, redaktoru, korrektoru və həm də mürəttibi olmuşdur. Beləliklə, “Əkinçi” qəzetinin redaksiya heyəti bir nəfərdən ibarət olmuşdur. Hətta, cəmiyyətin maariflənməsi üçün qəzeti alıcılara pulsuz verirdilər.

Qəzetin nəşri çar hökuməti tərəfindən dayandırılandan sonra ölkəmizdə başqa mətbuat orqanları -Tiflisdə “Ziya”, onun davamı olan “Ziyayi-Qafqaziyə”, “Kəşkül” qəzetləri çapdan çıxırdı. Təbii ki, bunların hamısı həm siyasi, həm də maddi cəhətdən çətinliklərə məruz qalırdı. Lakin Azərbaycan xalqının siyasi dünyagörüşünün inkişafında önəmli yer tuturdu.
Bu gün isə vəziyyət başqadır. Ölkəmizin mərkəzində və bütün bölgələrində mətbuat orqanları fəaliyyət göstərir. Mərkəzi mətbuat orqanlarının materialları ilə yanaşı doğulub boya-başa çatdığımız suyunu içib, çörəyini yediyimiz dağlar qoynuna sığınan İsmayıllının xəbərlərinə ehtiyac hiss edirik. Bu arzumuzu gerçəkləşdirən, reallaşdıran “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlu, redaksiya ilə mütəmadi əməkdaşlıq edən qələm sahibləri daha önəmli iş görərək respublikanın müxtəlif ərazilərində yaşayan oxuculara poçt vasitəsilə qəzetlər göndərirlər. Hər dəfə poçtalyon qapını döyüb zərfi bizə təqdim edəndə çox sevinirik. Çünki bu qəzetlər vasitəsilə doğma yurdumuzda baş verən hadisələrdən xəbərdar oluruq, bu qəzetdən İsmayıllının ətrini alırıq.
İlk qəzet təsisçimiz H.B.Zərdabinin ölməz işini davam etdirən “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoruna və redaksiya heyətinə dərin təşəkkürümüzü bildiririk. Onları peşə bayramı münasibətilə təbrik edirik.
Səltənət Nəcəfqızı,
Sumqayıt şəhəri

Şərh Yaz