Təbrik edirəm

Azərbaycan mətbuatının 139-cu ildönümü tamam olur. Ən çətin peşə sahibi olan jurnalistlərin peşə bayramıdır. Bu həm də biz oxucuların bayramıdır. Axı oxucu da mətbuatla bağlıdır. Oxucusu olmayan qəzeti susuz bulağa bənzətmək olar. Azərbaycan mətbuatının bir qolu olan “İsmayıllı xəbərləri” qəzetinin çoxdankı oxucusuyam. Bu qəzet mənim stolüstü qəzetimdir. Onda həmişə çalışdığım təhsil sahəsinə aid yazılara rast gəlmək olur. Mən həmin yazıları maraqla oxuyuram, fikirləşirəm ki, bəlkə mənim sahəmə aid nəsə bir yenilik var. Qəzetin pedaqoji mövzulara tez-tez müraciət etməsi yaxşı haldır. Bu sahədəki yenilikləri təbliğ etmək bütün müəllim ordusunun ürəyincədir. Qəzet qabaqcıl və veteran müəllimlər haqqında tez-tez yazılar dərc edir, onların təcrübəsinin geniş təbliğinə diqqət verir. Elmi-pedaqoji mövzularda dərc edilən yazılar hər bir pedaqoq tərəfindən maraqla qarşılanır.Təbrik edirəm

Azərbaycan mətbuatının 139-cu ildönümü tamam olur. Ən çətin peşə sahibi olan jurnalistlərin peşə bayramıdır. Bu həm də biz oxucuların bayramıdır. Axı oxucu da mətbuatla bağlıdır. Oxucusu olmayan qəzeti susuz bulağa bənzətmək olar. Azərbaycan mətbuatının bir qolu olan “İsmayıllı xəbərləri” qəzetinin çoxdankı oxucusuyam. Bu qəzet mənim stolüstü qəzetimdir. Onda həmişə çalışdığım təhsil sahəsinə aid yazılara rast gəlmək olur. Mən həmin yazıları maraqla oxuyuram, fikirləşirəm ki, bəlkə mənim sahəmə aid nəsə bir yenilik var. Qəzetin pedaqoji mövzulara tez-tez müraciət etməsi yaxşı haldır. Bu sahədəki yenilikləri təbliğ etmək bütün müəllim ordusunun ürəyincədir. Qəzet qabaqcıl və veteran müəllimlər haqqında tez-tez yazılar dərc edir, onların təcrübəsinin geniş təbliğinə diqqət verir. Elmi-pedaqoji mövzularda dərc edilən yazılar hər bir pedaqoq tərəfindən maraqla qarşılanır.
Qəzetdə idman, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi məsələlərini də diqqət mərkəzində saxlanılır.
“İsmayıllı xəbərləri” qəzetində dərc olunan yazılar həm ölkəmizin, həm də rayonumuzun ictimai-siyasi mənzərəsini hərtərəfli əks etdirir. Çox yaxşı haldır ki, qəzet rayonumuzda gedən tikinti və abadlıq işləriniə geniş yer ayırır. Axı bugün rayonumuz sözün əsl mənasında tikinti meydançasını xatırladır. Bu yazılar insanlarımızı qurub yaratmağa ruhlandırır. Şəhərin abadlaşması ilə əlaqədar sanitariya vəziyyətinin də yüksək səviyyədə olmasını diqqət mərkəzində saxlayır.
Milli mətbuat günü münasibətilə bütün oxucuları və qəzetin yazarlarını səmim-qəlbdən təbrik edir, hamıya can sağlığı və uğurlar arzulatıram. Qoy işiniz avand olsun.
Şəfaqət Rəsulov,
İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbinin direktoru, respublikanın Əməkdar müəllimi

Şərh Yaz