“İsmayıllı xəbərləri”

Hünər tapdın sən özündə,
Həqiqət var hər sözündə.
Tərəzisən el gözündə,
“İsmayıllı xəbərləri”.

“İsmayıllı xəbərləri”

Hünər tapdın sən özündə,
Həqiqət var hər sözündə.
Tərəzisən el gözündə,
“İsmayıllı xəbərləri”.

Babadağdan yellər gətir,
Yurdumuza yaysın ətir.
Oxunursan sətir-sətir,
“İsmayıllı xəbərləri”.

Doğma eldə gülsün həyat,
Dolan eli, arzuna çat.
Bir pozulmaz tarix yarat,
“İsmayıllı xəbərləri”.

Cavanşir tək babamızı,
Gur işıqlı obamızı,
İşıqlandır yuvamızı
“İsmayıllı xəbərləri”.

Basqal, Lahıc, Əhən, Tircan,
Buynuz, Topçu, Mican, Cülyan-
Oxuyacaq səni hər yan,
“İsmayıllı xəbərləri”.

Kəlağayı, xalça yenə,
Şan-şöhrətdir bu vətənə.
Xoş sözünü çatdır mənə,
“İsmayıllı xəbərləri”.

Bir-birindən olsun gözəl,
Küçə, meydan, şeir, qəzəl.
İti qələm, yazan düz əl –
“İsmayıllı xəbərləri”.


Bəhruz Məmmədov

Şərh Yaz